Icma.az
close
up
RU
Milli ruhun və zərifliyin canlı nəğməsi Azərbaycan Dövlət Rəqs Ansamblı

Milli ruhun və zərifliyin canlı nəğməsi Azərbaycan Dövlət Rəqs Ansamblı

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın, 3 iyun, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycanın zəngin mədəniyyətinin parlaq güzgüsü olan Azərbaycan Dövlət Rəqs Ansamblı uzun illərdir ki, milli dəyərlərimizi qoruyub yaşadır, eyni zamanda, bu inciləri dünyaya böyük fəxr və sevgi ilə tanıdır. Ansambl yalnız ölkəmizin deyil, dünyanın ən mötəbər səhnələrində də ulduz kimi parlayır.

Azərbaycan Dövlət Rəqs Ansamblının səhnə dili – rəngarəng, obrazlı və duyğulu bir dastandır. Bu dastanda hər addım, hər baxış və hər ritm xalqımızın tarixini, əzmkarlığını və sevincini əks etdirir. Ansambl üzvləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın işğaldan azad olunan torpaqlarında qürurla təqdim etdikləri proqramlardan, həmçinin dünyanın müxtəlif guşələrində mədəniyyətimizi təbliğ etmək missiyalarından danışıblar.

Ansambl, həmçinin bu gün Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı-2025” ili çərçivəsində təşkil edilən möhtəşəm konsert proqramında çıxış ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Aytən Bünyatova bildirib ki, azad olunan ərazilərdə çıxış etmək həm böyük məsuliyyət, həm də qürur hissidir.

"Dünyanın bir çox ölkələrində keçirilən festivallarda, konsert proqramlarında milli rəqslərimizi nümayiş etdirərək, Azərbaycan mədəniyyətinin zənginliyini və rəngarəngliyini xarici tamaşaçılara çatdırmışıq. Azad olunan ərazilərimizdə çıxış etmək isə olduqca duyğulu bir hissdir. Bu torpaqlarda səhnəyə çıxmaq, öz rəqsimizlə milli kimliyimizi, tariximizi və mədəni irsimizi yaşatmaq sözlə ifadə olunmayacaq qədər qürurvericidir", - deyə A.Bünyatova qeyd edib.

Azad olunmuş torpaqlarımızda səhnəyə çıxmaq

hər birimizin həyatında unudulmaz və tarixi bir an kimi qalacaq

10 ildir ki, Azərbaycan Dövlət Rəqs Ansamblında çıxış etdiyini söyləyən rəqqas İsmayıl Məmmədzadə bildirib: "Bu illər ərzində milli mədəniyyətimizi həm ölkə daxilində, həm də xarici ölkələrdə ləyaqətlə təmsil etməyə çalışmışıq. Bu cür çıxışlar bizim üçün təkcə bir sənət nümayişi deyil, həm də vətənə bağlılığımızın, milli kimliyimizin və mədəni irsimizin təcəssümüdür".

Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və repetitoru Saina Əhmədova mayın 24-də Şuşada keçirilən "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından sonra Laçında çıxış etməyin çox sevindirici və qürurverici olduğunu diqqətə çatdırıb. "Azad olunmuş torpaqlarımızda səhnəyə çıxmaq, milli sənətimizi orada yaşatmaq hər birimizin həyatında unudulmaz və tarixi bir an kimi qalacaq", - deyə S.Əhmədova diqqətə çatdırıb.

Rəqqası Rifan Qəhrəmanov 2017-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında çalışdığını deyib: "Bu illər ərzində ölkəmizin müxtəlif regionlarında, eləcə də xarici ölkələrdə keçirilən çoxsaylı tədbirlərdə, festivallarda və konsert proqramlarında iştirak etmişik. Hər bir çıxış həm sənətimizi nümayiş etdirmək, həm də milli mədəniyyətimizi təbliğ etmək üçün dəyərli fürsət olub", - deyə o diqqətə çatdırıb.

Milli rəqsimizin daşıyıcıları

Azərbaycan Dövlət Rəqs Ansamblı bu gün də görkəmli rəqqas və xoreoqrafların açdığı yolla addımlayır, ruhun və ənənənin harmoniyasını böyük qürurla yaşadır. Onlar xalqımızın rəqs mədəniyyətini qəlbən qoruyur, onu dünya səhnələrində parlaq bir bayraq kimi dalğalandırırlar.

Səhnədə atılan hər addım, edilən hər hərəkət minilliklərin yaddaşından süzülüb gələn dərin kökləri təcəssüm etdirir. “Köçəri”nin azad ruhu, igidlik və cəsarətin simvolu olan “Cəngi”, “Qaytağı”nın duyğulu naxışları və incə bir nazla süzülən “Sarı gəlin” — bunlar təkcə rəqs deyil, milli yaddaşımızın səhnədə canlanan obrazlarıdır.

Milli rəqsimiz – bu, sadəcə, addımlar və hərəkətlər deyil, Azərbaycan ruhunun canlı, şirin nəğməsidir. Bu nəğmənin daşıyıcıları isə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri