Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir ölkənin siyasi qüruru, milli qüruru, mənəvi qüruru əgər söz mövzusudursa, orada ayrı-seçkilik, siyasi riyakarlıq, daxili sabotajçılıq və konstruktivlikdən uzaq siyasi yol tutmaq, antiqütləçi siyasi davranış sərgiləmək olmaz.
Xalqın ümumi hisslərinə və maraqlarına zidd duran, dövlətin və xalqın uğurlarını görməzdən gələn, xalqın milli maraqları ilə eyni xəttdə dayanmaq istəməyən siyasətçilər var.Bu siyasətçilər əsasən dövlətin real şəkildə əldə etdiyi uğurları inkar edir, həmin uğurların arxasında başqa məqsədlər axtararaq onları gözdən salmağa çalışırlar.
Xalqın sevincini dolayısı ilə “kor kütlə psixologiyası” kimi dəyərləndirirlər.
Onlar destruktiv fəaliyyəti ilə hər şeyi pisləyən və alternativ təqdim etmə prinsipi ilə yaşayan snob siyasətçilər adlandırılır.Siyasətdə uğurlar yalnız idarəçilik nəticələri ilə deyil, həm də xalqın bu uğurlara münasibəti ilə ölçülür.
Hakimiyyətin istər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahələrdə qazandığı uğurlar xalqımız tərəfindən təqdirəlayiq qarşılanmış və bu, indiki hakimiyyətin siyasi rəhbərliyinə — cənab İlham Əliyevə və onun komandasına olan etimaddan bəllidir.
Bu isə milli həmrəyliyin və sosial-siyasi konsensusun əsasını qoymuşdurBir neçə il əvvəl biz “Qarabağın taleyi necə olacaq?” sualı ilə çarpışırdıq.
Qarşımızda qaranlıq bir yol vardı. Lakin bu idarəçilik Qarabağımızı işıqlı gələcəyə aparan yola yönəltdi və böyük strateji düşüncə sayəsində