Icma.az
close
up
RU
Milli uğurlara sevinməyənlərin kim olduğu və adı çoxdan bəllidir

Milli uğurlara sevinməyənlərin kim olduğu və adı çoxdan bəllidir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bir ölkənin siyasi qüruru, milli qüruru, mənəvi qüruru əgər söz mövzusudursa, orada ayrı-seçkilik, siyasi riyakarlıq, daxili sabotajçılıq və konstruktivlikdən uzaq siyasi yol tutmaq, antiqütləçi siyasi davranış sərgiləmək olmaz. Xalqın ümumi hisslərinə və maraqlarına zidd duran, dövlətin və xalqın uğurlarını görməzdən gələn, xalqın milli maraqları ilə eyni xəttdə dayanmaq istəməyən siyasətçilər var.
Bu siyasətçilər əsasən dövlətin real şəkildə əldə etdiyi uğurları inkar edir, həmin uğurların arxasında başqa məqsədlər axtararaq onları gözdən salmağa çalışırlar. Xalqın sevincini dolayısı ilə “kor kütlə psixologiyası” kimi dəyərləndirirlər. Onlar destruktiv fəaliyyəti ilə hər şeyi pisləyən və alternativ təqdim etmə prinsipi ilə yaşayan snob siyasətçilər adlandırılır.
Siyasətdə uğurlar yalnız idarəçilik nəticələri ilə deyil, həm də xalqın bu uğurlara münasibəti ilə ölçülür. Hakimiyyətin istər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahələrdə qazandığı uğurlar xalqımız tərəfindən təqdirəlayiq qarşılanmış və bu, indiki hakimiyyətin siyasi rəhbərliyinə — cənab İlham Əliyevə və onun komandasına olan etimaddan bəllidir. Bu isə milli həmrəyliyin və sosial-siyasi konsensusun əsasını qoymuşdur
Bir neçə il əvvəl biz “Qarabağın taleyi necə olacaq?” sualı ilə çarpışırdıq. Qarşımızda qaranlıq bir yol vardı. Lakin bu idarəçilik Qarabağımızı işıqlı gələcəyə aparan yola yönəltdi və böyük strateji düşüncə sayəsində tarixi qələbəmizi qazandıq.
Artıq qısa müddət ərzində doğru yanaşma və düzgün siyasət nəticəsində Qarabağımızda aparılan yenidənqurma və bərpa işləri regionun inkişaf tempi və reallıqları ilə uyğun şəkildə sürətlə irəliləməkdədir. Lakin bəzi ağılsız azlıq, təhlükəli populizm bazarında özlərini ifşa etməklə yanaşı, təəssüf ki, bəzən arxalarınca müəyyən günahsız insanları da apararaq qarşılaşdıqları təhlükələrdən ciddi zərər alır və bütün siyasi sistemi zədələmək iştahası ilə yaşayırlar.
Amma bu heç zaman mümkün deyil! Siz xalqın sevincini bölüşə bilməyən, inkarçı “şapka” altında gizlənən zavallılarsınız. Bizim isə tarixi qələbəmizi yazan, onu planlayan və həyata keçirən bir Ali Baş Komandanımız, ona etimad göstərən xalqımız və qüdrətli ordumuz var.
Bütün yeni dünya nizamına uyğun olaraq, yeniliklər və yeni qələbələrlə qarşıda bizi ciddi uğurlar gözləyir, dəyərli soydaşlar!
El arasında isə milli uğurlara sevinməyənlərin kim olduğu və adı da çoxdan bəllidir!
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 İyul 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri