Qafqazinfo saytına istinadən Icma.az xəbər verir. Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlar əsasında apardığı
Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% və ya 1,7 milyard manat (1 714 193 761 ₼) çox deməkdir.
Əmanətlərin bu cür artımı əhalinin maliyyə sektoruna olan inamının güclənməsi, gəlirlərin müəyyən qədər artması və bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi ilə izah edilə bilər.
Eyni zamanda, əmanət faizlərinin cəlbedici olması, rəqəmsal bankçılıq imkanlarının inkişafı və iqtisadi sabitlik də vətəndaşların banklarda daha çox vəsait saxlamasına təsir göstərən mühüm amillər sırasındadır.
Son 5 ildə əhalinin banklardakı əmanətlərinin həcmi hər il artıb.
2021-ci il 1 yanvar tarixinə qədər əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 8 177 886 792 manat təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 14 661 949 384 manata çatıb.
Bu isə sözügedən dövrdə əmanətlərin həcminin 79,3% və ya 6,5 milyard manat (6 484 062 592 ₼) artması deməkdir.
2025-ci il 1 yanvar tarixinə qədər əhalinin banklardakı ümumi əmanətlərinin 66,36%-ni, yəni 9,7 milyard manatını (9 730 047 843 ₼) milli valyutada yerləşdirilən əmanətlər təşkil edib.