Icma.az
close
up
RU
Milli valyutadakı əmanətlərin həcminə görə bu ölkələri üstələyirik

Milli valyutadakı əmanətlərin həcminə görə bu ölkələri üstələyirik

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci il 1 yanvar tarixinə qədər ölkə əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 14,7 milyard manat (14 661 949 384 ₼) təşkil edib. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% və ya 1,7 milyard manat (1 714 193 761 ₼) çox deməkdir. 

Əmanətlərin bu cür artımı əhalinin maliyyə sektoruna olan inamının güclənməsi, gəlirlərin müəyyən qədər artması və bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi ilə izah edilə bilər. Eyni zamanda, əmanət faizlərinin cəlbedici olması, rəqəmsal bankçılıq imkanlarının inkişafı və iqtisadi sabitlik də vətəndaşların banklarda daha çox vəsait saxlamasına təsir göstərən mühüm amillər sırasındadır.

Son 5 ildə əhalinin banklardakı əmanətlərinin həcmi hər il artıb. 2021-ci il 1 yanvar tarixinə qədər əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 8 177 886 792 manat təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 14 661 949 384 manata çatıb. Bu isə sözügedən dövrdə əmanətlərin həcminin 79,3% və ya 6,5 milyard manat (6 484 062 592 ₼) artması deməkdir.

2025-ci il 1 yanvar tarixinə qədər əhalinin banklardakı ümumi əmanətlərinin 66,36%-ni, yəni 9,7 milyard manatını (9 730 047 843 ₼) milli valyutada yerləşdirilən əmanətlər təşkil edib. Xarici valyutada olan əmanətlərin həcmi isə ümumi əmanətlərin 33,64 %-nə, daha dəqiq desək 4,9 milyard manata (4 931 901 541 ₼) bərabər olub.

Aparılan təhlil zamanı məlum olub ki, son bir ildə hər iki valyuta üzrə əmanətlərin həcmi artıb. 2024-cü il 1 yanvar tarixinə qədər manat ilə qoyulan əmanətlər 1,1 milyard manat (1 083 960 649 ₼) və ya 12,5%, xarici valyutada yerləşdirilən əmanətlər isə 0,6 milyard manat (630 233 112 ₼) və ya 14,7% artıb.

Bu tendensiya əhalinin həm milli, həm də xarici valyutada əmanət saxlamağa marağının yüksək olduğunu göstərir. Manat ilə olan əmanətlərin həcminin artması milli valyutaya olan inamın möhkəmlənməsi ilə əlaqədardır. Xarici valyutada əmanətlərin artması isə vətəndaşların valyuta risklərinə qarşı özlərini sığortalamaq istəyi və xarici valyutada gəlir əldə etmək məqsədilə edilən qoyuluşlarla izah oluna bilər.

Məlumat üçün bildirək ki,  2021-ci ilin 1 yanvar tarixinə qədər banklardakı əmanətlərin 50,76%-ni xarici valyutada yerləşdirilən əmanətlər təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 33,64%-ə enib. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmi son 4 ildə 18,8% və ya 0,78 milyard manat (781 128 233 ₼) artaraq müsbət dinamika göstərsə də, artım tempi milli valyuta ilə yerləşdirilən əmanətlərlə müqayisədə xeyli aşağı olub. Belə ki, eyni dövrdə manat ilə qoyulan əmanətlərin həcmi 141,6% (2,4 dəfə) artaraq 5,7 milyard manat (5 702 934 358 ₼) təşkil edib.

Aparılan təhlil zamanı məlum olub ki, əhalinin banklara yerləşdirdiyi əmanətlərin böyük hissəsi paytaxt sakinlərinin payına düşür. 2025-ci il 1 yanvar tarixinə qədər banklardakı ümumi əmanətlərin 88,35%-i, yəni 12,96 milyard manatı (12 954 353 279 ₼) Bakı şəhərinin sakinlərinə məxsus olub. Bu, ölkənin maliyyə mərkəzi olan paytaxtda əhalinin gəlirlərinin yüksək olması, bank xidmətlərinə daha asan çıxış imkanları və maliyyə savadlılığının nisbətən inkişaf etməsi ilə əlaqədardır.

Qalan 11,65% və ya 1,7 milyard manat (1 707 596 104 ₼) əmanət isə başda Sumqayıt şəhəri olmaqla digər bölgələrin sakinlərinin payına düşür. Sumqayıt sakinlərinin banklardakı əmanətlərinin həcmi 334,8 milyon manat (334 834 429 ₼) təşkil edərək ümumi əmanətlərin 2,28%-ni təşkil edib.

Gəncə sakinləri isə 210,0 milyon manat (210 025 755 ₼) əmanətlə 3-cü sırada yer alıb. Bu məbləğ ümumi əmanət həcminin 1,43%-nə bərabərdir.

Ölkənin əhali sayına görə ən böyük şəhərləri olan Bakı, Sumqayıt və Gəncə eyni ardıcıllıqla banklardakı əmanətlərin həcmi üzrə də liderlik edirlər.

Cənubi Qafqaz ölkələrinin mərkəzi banklarının rəsmi məlumatlarına əsasən, öz ölkəsinin milli pul vahidi ilə daha çox əmanət yerləşdirən ölkə Azərbaycandır.

2025-ci il 1 yanvar tarixinə qədər Azərbaycan əhalisinin banklardakı əmanətlərinin 66,36%-ni milli valyuta (manat), 33,64%-ni isə xarici valyutada yerləşdirilən əmanətlər təşkil edib.

Gürcüstanda isə vəziyyət əksinədir. Burada banka qoyulan əmanətlərin yarıdan çoxu, daha dəqiq desək, 66,19%-i xarici valyutada yerləşdirilib. Yerli valyuta ilə qoyulan əmanətlərin həcmi isə 33,81%-ə bərabər olub.

Ermənistanda da xarici valyutada yerləşdirilən əmanətlərin payı əhəmiyyətli dərəcədə yüksəkdir. Belə ki, əmanətlərin 55,79%-i yerli valyutada, 44,21 %-i isə xarici valyutada saxlanılır.

Qeyd edək ki, bu göstəricilər Cənubi Qafqaz ölkələrində əmanət yerləşdirmə vərdişlərinin fərqləndiyini göstərir. Azərbaycanda milli valyutada əmanətlərin üstünlük təşkil etməsi ölkənin maliyyə sabitliyi və iqtisadi siyasətinə olan inamdan qaynaqlanır. Gürcüstan və Ermənistanda isə xarici valyutada əmanətlərin daha çox olması əhalinin valyuta məzənnəsi ilə bağlı risklərdən qorunmaq məqsədi daşıyır.

MTM Analitik Qrup

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri