Millidə oynamayanda tempdən düşürsən MÜSAHİBƏ | Icma.az
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. - "Turan Tovuz" son turda "Səbail"lə bərabərə qaldı.
Bu nəticə sizi razı saldı, yoxsa uğursuz nəticə hesab edirsən komanda adına? - "Səbail"i meydana yeni baş məşqçi çıxarmışdı.
Yeni məşqçi gələndə komandanın oyun sistemində dəyişiklik olur. Futbolçular da çalışır ki, yaxşı çıxış etsinlər. Atmosfer başqa cür olur.
Oyunun ağır keçəcəyini də bilirdik. İlk hissədə çox zəif çıxış etdik. Fasilədən sonra toparlana bildik. Bəlkə qələbə də qazanmaq mümkün idi.
Bir xal qazandıq, xallarımızın üzərinə növbətisi gəldi. Çalışacağıq ki, qarşıdakı oyunlarda xallar qazanaraq yuxarı pillələrdə olaq.
- Səncə nəyə görə qələbə qazana bilmədiniz? "Səbail" çox güclü mübarizə apardı, yoxsa nə idi başqa səbəb?
- Bayaq dediyim kimi, komanda oyuna yeni baş məşqçi ilə çıxmışdı.
Düzü, "Səbail"in necə oynayacağını, matçın da hansı axarda gedəcəyini bilmirdik. Bir xal qazandıq.
Tam oxu
Xəbəri oxu