Icma.az
close
up
RU
Millidə oynamayanda tempdən düşürsən MÜSAHİBƏ

Millidə oynamayanda tempdən düşürsən MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- "Turan Tovuz" son turda "Səbail"lə bərabərə qaldı. Bu nəticə sizi razı saldı, yoxsa uğursuz nəticə hesab edirsən komanda adına?

- "Səbail"i meydana yeni baş məşqçi çıxarmışdı. Yeni məşqçi gələndə komandanın oyun sistemində dəyişiklik olur. Futbolçular da çalışır ki, yaxşı çıxış etsinlər. Atmosfer başqa cür olur. Oyunun ağır keçəcəyini də bilirdik. İlk hissədə çox zəif çıxış etdik. Fasilədən sonra toparlana bildik. Bəlkə qələbə də qazanmaq mümkün idi. Bir xal qazandıq, xallarımızın üzərinə növbətisi gəldi. Çalışacağıq ki, qarşıdakı oyunlarda xallar qazanaraq yuxarı pillələrdə olaq.

- Səncə nəyə görə qələbə qazana bilmədiniz? "Səbail" çox güclü mübarizə apardı, yoxsa nə idi başqa səbəb?

- Bayaq dediyim kimi, komanda oyuna yeni baş məşqçi ilə çıxmışdı. Düzü, "Səbail"in necə oynayacağını, matçın da hansı axarda gedəcəyini bilmirdik. Bir xal qazandıq. Çempionat elədir ki, hər bir komanda digərindən xal almağı bacarır. Aşağıda pillədə qərarlaşan komandalar da yuxarıda yerləşənlərdən də xal alır. Çempionatımız həqiqətən ağırdır. Üç xal qazanmaq istəyirdik. Rəqiblər də xal itirmişdi. Çalışırdıq ki, "Səbail"i məğlub edərək rəqiblərdən uzaqlaşaq.

- "Turan Tovuz" fasiləyə bir xalla yollandı. Hazırkı fasilə komandanın xeyrinə olacaq?

- "Sumqayıt", "Kəpəz"i məğlub etmişdik, "Qarabağ" və "Səbail"dən bir xal aldıq. Məğlub olmamışıq. Dörd oyuna 8 xal qazandıq. Doğrudur, daha çox xal qazanmaq mümkün idi. Fasilə yaranıb. Zədəlilərimiz özünə gələcək, futbolçuların yorğunluğu aradan qalxacaq. Yaxşı nəticələr qazanmaq istəyirik. 

- Bu dəfə milli komandaya dəvət edilmədin. Sənin üçün gözlənilməz oldu? Niyə dəvət edilmədin?

- Milli komandamızın baş məşqçisi var. Mən futbolçuyam, stabil oynayaraq komandamıza xeyir verərək, millinin də baş məşqçisinin diqqətini cəlb etmək istəyirəm. Bu dəfə dəvət olunmadım. Daha ideal formada olmağa çalışacam ki, növbəti toplanışlara çağırsınlar.

- Ümumiyyətlə, əvvəlki matçlarda sanki hiss olunurdu ki, Santuş sənə önəm verir, oyunlara buraxırdı. Son dəfə səninlə söhbəti olmuşdu? Kurban Berdiyev narazılıq edirdi ki, Xəyal Nəcəfov və Şəhriyar Əliyev millidən qayıdanda fiziki durumları yaxşı olmur. Səncə, bunun dəvət edilməməyinə təsiri oldu?

- Milli elədir ki, ora hamı dəvət almaq istəyir. Kimin dəvət olunması isə baş məşqçinin qərarıdır. Millidə 3-4 gündən bir oyun oynayırsan. Məşqlər elə də ağır getmir. Oynamayanda isə tempdən düşürsən. Yenidən özünə gəlməyin üçün vaxt çəkir. Klubun düşərgəsində isə fasilə zamanı fiziki durumu daha yaxşı etmək olur. Futbolçu olaraq çalışırıq ki, formada qalaq və komandamıza xeyir verək. Əsas olan millimizin qələbə qazanmasıdır. Kimin oynamasının fərqi yoxdur.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri