Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Avropa zonası üzrə püşkatmasında Azərbaycan millisinin rəqibləri bəlli olacaq.
İdman.biz yığmamız üçün ən arzulanan və arzuolunmaz variantları təqdim edir.
Formal püşkatma Əslində, Millətlər Liqasının bu il keçirilən oyunlarından sonra millimiz üçün rəqiblərin kimliyi əhəmiyyət daşımır.
Estoniya kimi qeyri-futbol ölkəsinin yığmasına da qalib gəlməyən, “cırtdan”ların yer aldığı D liqasına yuvarlanan millimiz üçün artıq istənilən rəqib “div” kimi görünür.
Öz yığmamız, öz futbolçularımız bu qədər zəifdirsə, başqa zəif axtarmağa da dəymir.
Bir sözlə, Fernandu Santuş və komandası üçün bugünkü tədbir o qədər də məna kəsb etmir və formal püşk sayıla bilər.
Bu yığmadan əvvəlki illərdə olduğu kimi bir rəqibi büdrətməkdən artığını gözləmək mümkün deyil.