Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Millimiz püşkdən nə gözləsin? TƏHLİL İdman və Biz

Millimiz püşkdən nə gözləsin? TƏHLİL İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Avropa zonası üzrə püşkatmasında Azərbaycan millisinin rəqibləri bəlli olacaq.

İdman.biz yığmamız üçün ən arzulanan və arzuolunmaz variantları təqdim edir.

Formal püşkatma
Əslində, Millətlər Liqasının bu il keçirilən oyunlarından sonra millimiz üçün rəqiblərin kimliyi əhəmiyyət daşımır. Estoniya kimi qeyri-futbol ölkəsinin yığmasına da qalib gəlməyən, “cırtdan”ların yer aldığı D liqasına yuvarlanan millimiz üçün artıq istənilən rəqib “div” kimi görünür. Öz yığmamız, öz futbolçularımız bu qədər zəifdirsə, başqa zəif axtarmağa da dəymir. Bir sözlə, Fernandu Santuş və komandası üçün bugünkü tədbir o qədər də məna kəsb etmir və formal püşk sayıla bilər. Bu yığmadan əvvəlki illərdə olduğu kimi bir rəqibi büdrətməkdən artığını gözləmək mümkün deyil. Qrupda autsayder olacağı indidən bilinən millinin hədəfi də məhz belə sensasiyalar olacaq.

Qrup artır, oyun azalır
Püşkatmadan öncə seçmə mərhələnin formatına da nəzər salmağa dəyər. Bu dəfə bir az dəyişikliklər edən təşkilatçılar daha çox qrup və yığmalar üçün daha az oyun prinsipinə üstünlük veriblər. Rusiyanın buraxılmadığı yarışa qatılacaq 54 iştirakçı 12 qrupa bölünəcək. Bunlardan altısında 4, altısında 5 komanda yer alacaq. Yəni, 24 milli cəmi 6, 30 yığma 8 görüş keçirəcək. 2025-ci ildə keçiriləcək seçmə mərhələnin qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yer sahibləri Millətlər Liqasından gələcək 4 komanda ilə birlikdə pley-offda son 4 vəsiqə üçün mübarizə aparacaq.

42 mümkün rəqib
Püşkatma zamanı yığmalar 5 səbətdə olacaq. Bunların dördündə 12, sonuncusunda 6 komanda yer alıb. Azərbaycan yığması 4-cü “12-liy”ə daxil edilib. Bu isə o deməkdir ki, Santuşlu millimizə 42 komanda rəqib ola bilər.
1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;
2-ci səbət: Türkiyə, Ukrayna, Uels, İsveç, Serbiya, Macarıstan, Polşa, Yunanıstan, Rumıniya, Norveç, Çexiya, Slovakiya;
3-cü səbət: Şotlandiya, İsrail, Bosniya və H., Sloveniya, Gürcüstan, İslandiya, İrlandiya, Albaniya, Monteneqro, Finlandiya, Şimali Makedoniya, Şimali İrlandiya;
4-cü səbət: Qazaxıstan, Kosovo, Bolqarıstan, Ermənistan, Belarus, Farer adaları, Kipr, Estoniya, Latviya, Lüksemburq, AZƏRBAYCAN, Litva;
5-ci səbət: Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn, Andorra.

Göydəndüşmə şans
Qeyd etdiyimiz kimi futbolçu sarıdan korluq çəkən, Avropanın ən zəif 6 komandasından biri kimi Millətlər Liqasının D liqasında oynayacaq millimiz üçün arzulanan qrupu xəyal etmək də çətindir. Amma həm Santuş, həm futbolçular, həm də azarkeşlər yığmamızı beş komandalı qrupda görmək istəyir. Bu, sonuncu səbətdən – zəiflərin zəiflərindən biri ilə düşmək, qələbələr və xallıq qazanmaq göydəndüşmə sayılacaq. O, ayrı məsələ ki, indiki milli göydən düşəni də tuta bilmir.

Rekord qoxulu qrup
Ən arzulanan qrupu xəyal etməyə elə sonuncu səbətdən başlayaq. Burdakı 6 komandanın hər biri kiçik görünsə də, millimiz üçün onları udmaq da müşkülə çevrilə bilər. Ən münasibi – 6 xal ala biləcəyimiz isə San Marinodur. Vaxtilə bu komandanı 5:1 hesabı ilə darmadağın etməyimiz, qrupda 6 xal almağımız yenə ümid verir. 3-cü səbətdə təxminən bərabər səviyyəli yığmalar yer alıb. Onlar arasında seçim etmək çətin olsa da, Gürcüstanı daha münasib saymaq olar. Bizdən fərqli yetərincə Avropa ulduzlarına malik qonşularımız AVRO-2024-də xoş təsir bağışlasa da, sabit komanda deyil. Üstəlik, səfər matçına da yetərincə azarkeşimiz yollana və milliyə dəstək verə də bilər. Bu rəqibi Bakıda məğlub etmək də mümkünsüz deyil. İlk iki səbətdə qərarlaşan güclü rəqiblərin adları futbolçularımızda qorxu hissi yarada bilər. Amma iki matçda bir xal qopara biləcəyimiz komandalar da var. Ötən il məğlub etdiyimiz, bu il Mahir Emrelinin qırmızı vərəqəsi olmasaydı, xal almağa yaxın olduğumuz Slovakiya ilə evdə mübarizə aparmaq mümkündür. “Qızıl nəsli”ndən Bakıda iki dəfə xal aldığımız Xorvatiyanın artıq “qocalan” heyətini yenidən büdrətmək çox-çox çətin olsa da, mümkünsüz deyil. Əgər San-Marinonu hər iki oyunda, Gürcüstanı bir matçda məğlub etmək alınsa və favoritlərin hərəsindən bir xal qoparmaq mümkün olsa, rekord olan 11 xalla tarixin ən uğurlu tsikli də mümkündür. Təbii ki, Santuş bunun üçün futbolçu tapa bilsə. Əks halda isə elə bu komandaların içində qələbəsiz qalmaq və sonuncu olmaq da istisna deyil.
“Arzu qrupu”: Xorvatiya, Slovakiya, Gürcüstan, Azərbaycan, San Marino.

Xalsız qalmaq təhlükəsi
Millətlər Liqasını Qəbələdə qazandığı 1 xalla başa vuran yığmamız DÇ-2026-nın seçmə mərhələsində bu xala da həsrət qala bilər. Bu baxımdan bir çox variantlar təhlükə yaradır. İlk növbədə dörd komandalı qrupa düşmək çox pis olardı. Çünki aşkar autsayder olacağımız “dördlük”də xal mənbəyi kimi baxmağa rəqib tapılmayacaq və yığmamızın özü başqaları üçün belə funksiya yerinə yetirəcək. 1-ci səbətdəki nəhənglərin az qala hər biri millimizə 6 xal gözü ilə baxır. Bu üzdən onların hər biri arzuolunmazdır. Oser faciəsini və bir neçə il əvvəl Cəbəllütariqə 14 qol vurmasını nəzərə alsaq, Fransa 1-ci səbətin ən amansız və arzuolunmaz komandasıdır. 2-ci səbət də Santuşa xal həsrəti yaşada biləcək yığmalardan ibarətdir. Son 4 ayda 9 qol buraxdığımız, 2024-cü ilin son görüşündə yığmamızı 6 topla alt-üst edən İsveç və əla formada olan Viktor Qyokereşlə yenidən qarşılaşmağı heç kim istəməz. 3-cü səbətə gəlincə, heç vaxt qarşılaşmadığımız, sevmədiyimiz Britaniya futbolunu nümayiş etdirən Şotlandiya bu “12-lik”də arzu olunmayan rəqibdir.
“Ölüm qrupu”: Fransa, İsveç, Şotlandiya, Azərbaycan

Qeyd edək ki, seçmə mərhələnin püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri