Millimizdən biabırçı məğlubiyyət 6:0

20.11.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Dünən Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olub.
Oyun Solna şəhərindəki “Strouberri Arena” stadionunda baş tutub və Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Görüşü baş hakim Pavel Raçkovski olmaqla Polşadan olan hakimlər briqadası idarə edib.
Qarşılaşma 6:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
10-cu dəqiqədə Kulusevski İsveçi hesabda irəli çıxarıb. 26-cı Gökereş fərqlənib və 36-cı dəqiqədə dubl edib. İlk hissə İsveçin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
57-ci dəqiqədə Kulusevski də dubl edib və hesab 4:0-a çatıb. 58-ci dəqiqədə Gökereş het-trikə nail olub. 70-ci dəqiqədə isə o, poker edib: 6:0.
Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz D divizionuna yollanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью