Millimizdən biabırçı məğlubiyyət 6:0
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Dünən Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Yeniavaz.com xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olub.
Oyun Solna şəhərindəki “Strouberri Arena” stadionunda baş tutub və Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Görüşü baş hakim Pavel Raçkovski olmaqla Polşadan olan hakimlər briqadası idarə edib.
Qarşılaşma 6:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
10-cu dəqiqədə Kulusevski İsveçi hesabda irəli çıxarıb. 26-cı Gökereş fərqlənib və 36-cı dəqiqədə dubl edib. İlk hissə İsveçin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
57-ci dəqiqədə Kulusevski də dubl edib və hesab 4:0-a çatıb. 58-ci dəqiqədə Gökereş het-trikə nail olub. 70-ci dəqiqədə isə o, poker edib: 6:0.
Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz D divizionuna yollanıb.

Millimizdən biabırçı MƏĞLUBİYYƏT
20 Noyabr 2024 12:23
Millimizdən biabırçı məğlubiyyət
20 Noyabr 2024 10:51
Millimizdən biabırçı məğlubiyyət 0:7 İdman və Biz
26 Noyabr 2024 14:54
Millimizdən biabırçı məğlubiyyət KONKRET
12 Mart 2025 19:07
Daha bir millimizdən biabırçı məğlubiyyət...
26 Noyabr 2024 15:01

