Millimizin baş məşqçisi: Onlar iki ildən sonra ulduz ola bilərlər MÜSAHİBƏ | Icma.az
Icma.az bildirir, Sportal.az portalına istinadən. Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.
- Portuqaliya və Bolqarıstan oyunlarına hazırlıq necə gedib? - Premyer Liqadakı son turdan sonra toplanışımız oldu. Tam toplanış olmadı.
Çünki avqustun 31-də bir məşq keçirdik. Çempionatda iştirak edən komandaların oyunçuları var idi ki, bizə sentyabrın 1-də qoşuldu.
Amma avqustun 29-da oyuna çıxan futbolçularla bərpa məşqini keçdik. İki məşqimiz Bakıda, iki məşqimiz Portuqaliyada olacaqdı.
Artıq birini reallaşdırmışıq. Ümumən bu tip vəziyyətə bərpa olmalıyıq. Qısa müddətdə iki oyun oynamaq, məşqləri keçməyi nəzərdə tuturam.
İnanıram ki, bunun öhdəsindən gələcəyik. - İstədiyiniz heyəti yığa bilmisiz? - Namizədlər sırasında zədəli futbolçumuz yoxdur.
Bugünkü gündə 50 futbolçu arasında seçim edirik. Formada və göz önündə olanlar bizimlədir.
- Nəzərə alsaq ki, onları 1-2 məşqdə görmüsüz, onların durumu sizi nə dərəcədə razı salır?
Tam oxu
Xəbəri oxu