Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: Onlar iki ildən sonra ulduz ola bilərlər MÜSAHİBƏ

Millimizin baş məşqçisi: Onlar iki ildən sonra ulduz ola bilərlər MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

- Portuqaliya və Bolqarıstan oyunlarına hazırlıq necə gedib?

Premyer Liqadakı son turdan sonra toplanışımız oldu. Tam toplanış olmadı. Çünki avqustun 31-də bir məşq keçirdik. Çempionatda iştirak edən komandaların oyunçuları var idi ki, bizə sentyabrın 1-də qoşuldu. Amma avqustun 29-da oyuna çıxan futbolçularla bərpa məşqini keçdik. İki məşqimiz Bakıda, iki məşqimiz Portuqaliyada olacaqdı. Artıq birini reallaşdırmışıq. Ümumən bu tip vəziyyətə bərpa olmalıyıq. Qısa müddətdə iki oyun oynamaq, məşqləri keçməyi nəzərdə tuturam. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

- İstədiyiniz heyəti yığa bilmisiz?

Namizədlər sırasında zədəli futbolçumuz yoxdur. Bugünkü gündə 50 futbolçu arasında seçim edirik. Formada və göz önündə olanlar bizimlədir.

- Nəzərə alsaq ki, onları 1-2 məşqdə görmüsüz, onların durumu sizi nə dərəcədə razı salır?

Biz ilk oyunda Moldovaya yoxlama matçında qalib gəlmişdik. Yoldaşlıq görüşü olsa belə, çoxdan idi ki, qalib gələ bilmirdik. Son matçda isə Monteneqro ilə bərabərə qalmışdıq. İlk və son oyunu müqayisə etsək, fərq var. Təbii ki, yaxşıya doğru deyirəm. Komanda nə etməli olduğumuzu bilir. Belarusa uduzduğumuz matçda da ilk hissəni yaxşı keçirmişdik. Sadəcə psixoloji durum, beynəlxalq təcrübə, rəqib meydançada azarkeş təzyiqi, bunlar hamısı amillərdir. Məşqlərdə də görürəm ki, yaxşılığa doğru fərq var. Oyunçular bilirlər ki, millidə onlardan nə istəyirik.

- Demək olar ki, sizi oyunöncəsi daha çox narahat edən və düşündürən məsələ Portuqaliya yox, yığmadakı futbolçuların əksəriyyətinin Premyer Liqada daimi oynamamasıdır?

Bu oyunlar məni bir tərəfdən sevindirir. Bəlkə də, biz fikirləşirik ki, Portuqaliya güclü rəqibdir, onlara qarşı nəticə qazanmaq çətin ola bilər. Bizi hər şey gözləyir. Amma inanın ki, bu, futbolçularımıza böyümək üçün lazımdır. O sözü demək istəmirəm...Biz elə çəkinə-çəkinə bir yerə sığınacağıqsa, elə orada da qalacağıq. Biz hardansa başlamalıyıq. Futbolçularıma da deyirəm ki, Premyer Liqada da oynamaq üçün rəqabət aparmalısınız. Bu gün heç nə bəhanə olmamalıdır, özümüzdə günah axtarmalıyıq. O qədər hazır olmaq lazımdır ki, baş məşqçinin 5-10 dəqiqəlik verəcəyi şansından da yaxşı istifadə etməliyik. Bu gün "Qarabağ"da əsas komandada 2007-ci il təvəllüdlü futbolçu oynayırsa, şans verilirsə, demək ki, mümkündür. Çətindir. Güclü olsalar, rəqabətdə udacaqlar. Bu matçlarda da oyun praktikası üzə çıxacaq. Oyun yükləməsi olan futbolçular isə daha üstün olacaqlar. Çünki temp tam başqa olacaq. Bu gün Portuqaliyanın U-21 yığması bəlkə də son illərdə ən yaxşı heyətini yığıb. Biz də hardasa iki aya yaxındır ki, izləyirdik. Çünki onlar Avropa çempionatında iştirak edirdilər. Orada həm böyük yaşlılar var idi, həm də U-20 yığmaları elit-raundda iştirak edirdi. Biz daha çox U-20 yığmasını izləyirdik ki, oradan daha çox futbolçu gələ bilər. Amma təsəvvür edin, nə qədər futbolçuları varsa, keçən il elit-raundda oynayan yığmadan cəmi 2 futbolçu ora düşdü. Biz onların 4 oyunlarını izləmişik. İki matç Almaniyaya, bir görüş Çexiya, digəri isə Rumıniyaya qarşı idi. Uzağa getsək, 40-50 futbolçunu eksperimentdən keçiriblər və cəmi 2 futbolçu hazırda Portuqaliyanın U-21 yığmasındadır. Bu gün U-21 yığmasına dəvət edilənlərin 99 faizi yüksək liqalarda oynayırlar. Onlar arasında "Çelsi", "Brügge", "Porto" kimi klublarda oynayanlar da var. Bu da normaldır. Portuqaliya səviyyəsi haradadır, gerçəkdir. Amma oynamaq lazımdır. Futbolçularımız üçün motivasiya o olmalıdır ki, bu gün qarşılaşdıqları futbolçular 2 ildən sonra ulduz ola bilərlər. Biz hardansa başlamalıyıq. Bu komandalara qarşı mübarizə aparmalıyıq. Təbii ki, gələcəkdə nəsə etmək istəyiriksə, bu mütləqdir.

- Portuqaliya ilə görüşdə xal və ya xallar almaq üçün mübarizlik bizə kömək ola bilər, yoxsa tək məsələ o deyil?

Mübarizə olmasa, heç nə olmayacaq. Hər şeydən əvvəl mübarizə olmalıdır. Bu gün müasir futbol göstərir ki, rəqib nə qədər də güclü olsa, sensasiya baş verir. Bu, gerçəkdir. Premyer Liqamızda da bunlar baş verir. Amma taktiki cəhətdən də rəqibə qarşı düzgün oynamaq önəmlidir. İstəyimiz varsa, çıxaq meydançaya, o da düz gəlmir. Futbolçu ən azından müdafiə olunanda bunu necə etmək lazım gəldiyini bilməlidir. Bunların hamısını edə bilsək, hər bir nəticəyə nail olmaq olar.

- Sensasiyadan söz açdınız. İçinizdə hiss var ki, nəsə ola bilər?

Əlbəttə ki, inam var. O olmasaydı, onsuz da bu işə gəlməzdik. Hər bir şey ola bilər.

- Birinci oyunun Portuqaliyada olması sizi nə dərəcədə narahat edir? Nəzərə alaq ki, bu görüşdən 4 gündən sonra Bakıda Bolqarıstan yığması ilə qarşılaşacağıq...

Bu tsiklə öyrəşməliyik. Coğrafi olaraq elə yerdə yerləşirik ki, hansı səfər olsa, bizə uzaq gələcək. Bizə yaxın Türkiyədir, ora da 3 saat uçuruq. Təbii ki, yol yorğunluğu olur. Amma futbolçularıma da dedim ki, biz bunu ikinci plana atmalıyıq. Bu gün düşünsək ki, belə problem var, biz yorulduq, bunlar bizə mane olacaq. Bunun öhdəsindən gəlməliyik. İlk oyunun Portuqaliyaya qarşı olması, daha da məsuliyyətlidir. Yoxlama görüşlərində qarşılaşdığımız 4 rəqibin hamısının səviyyəsi Portuqaliyadan qat-qat aşağı idi. İlk dəfədir ki, böyük komandaya qarşı oynayırıq. Evdə oynasaydıq, bəlkə də üstünlük olardı. Amma xeyirlisi. Bu tsikldə, bu püşkatma ilə maksimum xal yığmalıyıq. Futbolçularıma da bildirmişəm ki, hər şey bu oyunla bitmir. Biz çalışmalıyıq ki, ən yaxşısını edək.

- Demək olar ki, qarşıya qoyulacaq hədəf məhz növbəti tsikl olacaq?

İldən-ilə hədəf dəyişməlidir. Biz yaxşı nəticə qazanmaq istəyiriksə, qarşıya hədəf qoymalısan. Dediyiniz məqam çox önəmlidir. Bu gün heyətimiz gənclərdən ibarətdir. Çox istəyirik ki, U-20 yığmasını yaradaq. Bunu AFFA rəhbərliyi ilə müzakirələr edirik. İnanıram ki, yaxşı nəticə əldə edəcəyik. Bizdə bu gün 2006-cı il təvəllüdlülər beynəlxalq matçı son dəfə 2 il əvvəl oynayıblar. İndi də yoxdular. İndi həmin uşaqların 10-12 nəfəri bizimlədir. Son yoxlama matçında bizimləydilər. Bu da o deməkdir ki, yeni tsikldə komandamızı bilən uşaqlar çox olacaq. Onlara da rahat olacaq. Bu da önəmli məqamdır. Püşkatmadan da çox şey asılıdır. Yaxşı və münasib rəqiblər düşə bilər. Niyə də olmasın? Dünən 2007-ci il təvəllüdlü uşaqlarımız U-19 yığmasının heyətində İslandiyaya qalib gəliblər. Bu da bizi sevindirir. 2007-lərdən komandamızda 3 nəfər var. Hikmət Cəbrayılzadə "Qarabağ"dan, Həsən Nəzərli "Ankaragücü"ndən və Nadir Orucov "Sumqayıt"dandır. Bunlar təcrübədir. Özündən 4 yaş böyük futbolçulara qarşı oynamaq müsbət məqamdır. 2004-də böyük potensial yoxdursa, vaxt itirmək istəmirik. Belə yanaşırıq. 2004-cü il təvəllüdlü uşaqlar Premyer Liqada oynamırsa, böyük potensial görmürüksə, 2006-cı il təvəllüdlü uşaqlara şans veririk. Onlar yeni tsikldə daha rahat olacaqlar.

- Portuqaliyada ağır məğlubiyyətlərimiz olub. Bu barədə futbolçularınızla söhbətiniz olub ki, burada ağır məğlubiyyətlərimiz qeydə alınıb, indi sizin xilas etmək vaxtınızdır?

Yox, futbolçularımla demək olar ki, məğlubiyyət haqda danışmıram. Daha çox başqa metoddan istifadə edərək, psixoloji tərəfdən hazırlayırıq. Ən çox da istəyirəm ki, məsuliyyəti hiss etsinlər. Çünki ölkəmizi təmsil edirik, bu da böyük yükdür. Onlar milli formanın, bayrağımızın dəyərini bilməlidirlər. Biz də onları belə motivasiya edirik ki, sizin yerinizdə olmaq istəyən çox futbolçu var. Bunu başa düşməlidirlər. Məğlubiyyət elədir ki, həmişə qaçılmazdır, Almaniya kimi komanda Braziliyaya 1:8 uduzmuşdu, dünyanın sonu deyildi. Amma sonradan gəlib dünya çempionu olurlar. Rəqib haqda geniş məlumat veririk ki, bu rəqiblə zarafat etmək olmaz.

- Sentyabrın 5-də U-21 yığmamız Portuqaliyaya qarşı oynayır. Bu matçın start fitindən 15 dəqiqə sonra isə əsas millimiz İslandiya qarşısına çıxacaq. Mavi ekran qarşısında əyləşən izləyicilərə hansı matça baxmalarını məsləhət görərdiz?

Azərbaycan harada oynayırsa, ürəyimiz oradadır. Gerçək demək lazımdır ki, əsas diqqət əsas komandada olacaq. Amma U-21 yığmamızda oynayanların valideynləri, sevənləri, yaxınları bizi də izləyəcək. Yəqin ki, bir tərəfdə televizor, digər tərəfdə komputer vasitəsilə oturacaqlar. Biz də çox vaxt elə baxmışıq. Azərbaycan adı varsa, fərqi yoxdur, U-15 yığmasıdır, ya U-16 hamımızın fəxridiri. Bilirik ki, milli səviyyəsində daha inkişaf etməli, daha çox nəticə qazanmalıyıq. Nikbin baxıram. Sadəcə vaxt lazımdır. Ruhdan düşməməliyik. Birdən-birə heç nə olmur. İldən-ilə dəyişə bilərik. İlk növbədə fikrimizi, yanaşmamızı dəyişməliyik. Bunlar olduqdan sonra, yaxşı da olacaq.

Mirbağırağa, Gimarayeş(Portuqaliya)

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri