Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazana bilək”.
Bunu İdman.biz-ə kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis millimizin Gümüş Avropa Liqasında İsveçə qarşı keçirəcəyi ilk matç haqqında fikirlərini bölüşüb.
Məşqçi bildirib ki, hazırlıqlar yüksək səviyyədə keçib: “Bu gün İsveç, sabah Gürcüstan milliləri ilə qarşılaşacağıq.
Hazırlığa mayın ayının əvvəlindən başlamışıq. Mayın 29-dan iyunun 2-dək Gürcüstanda yoldaşlıq oyunlarında və təlim-məşq toplanışında iştirak
Oynadığımız hər iki qarşılaşmada da qalib gəlmişik. Bu oyunlar gənc üzvlərimiz üçün yaxşı təcrübə oldu.
Kapitanımız Vüqar Bayramovun dizində problem olduğu üçün heyətdə yer almayıb. Zədə səbəbindən başqa bir neçə itkilərimiz də var.
Buna baxmayaraq, Gümüş Liqada da əlimizdən gələni edəcəyik”.