Icma.az
close
up
RU
Millimizin baş məşqçisindən iddialı açıqlama: “Komandanın 90 faizini gəncləşdirmişik”

Millimizin baş məşqçisindən iddialı açıqlama: “Komandanın 90 faizini gəncləşdirmişik”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazana bilək”.

Bunu İdman.biz-ə kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis millimizin Gümüş Avropa Liqasında İsveçə qarşı keçirəcəyi ilk matç haqqında fikirlərini bölüşüb. Məşqçi bildirib ki, hazırlıqlar yüksək səviyyədə keçib: “Bu gün İsveç, sabah Gürcüstan milliləri ilə qarşılaşacağıq. Hazırlığa mayın ayının əvvəlindən başlamışıq. Mayın 29-dan iyunun 2-dək Gürcüstanda yoldaşlıq oyunlarında və təlim-məşq toplanışında iştirak etmişik. Oynadığımız hər iki qarşılaşmada da qalib gəlmişik. Bu oyunlar gənc üzvlərimiz üçün yaxşı təcrübə oldu. Kapitanımız Vüqar Bayramovun dizində problem olduğu üçün heyətdə yer almayıb. Zədə səbəbindən başqa bir neçə itkilərimiz də var. Buna baxmayaraq, Gümüş Liqada da əlimizdən gələni edəcəyik”.

Cəlalov heyətdə gənclərin üstünlük təşkil etdiyini xüsusilə vurğulayıb: “Komandaya bacardığımız qədər ölkədə seçilən gənc oyunçuları toplamışıq. Demək olar ki, millinin 90 faizini gəncləşdirmişik. Artıq 25 yaşdan aşağı oyunçular əsas heyətdə iştirak edirlər. İki-üç il bundan öncə isə 35 yaşdan yuxarı oyunçuların komandada üstünlük təşkil etdiyini görə bilərdik. İstəyirik ki, onlar gələcəkdə milli komandanın heyətində oynaya bilsinlər. Çünki nisbətən yaşlı oyunçularımızın bəziləri məşqçilik fəaliyyətinə başlayıb. Federasiyanın yürütdüyü idman siyasətinə uyğun olaraq daha çox gənclərə şans verməyə çalışırıq”.

Qeyd edək ki, Azərbaycan – İsveç matçı saat 17:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri