Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsində millimiz Rumıniya seçməsi ilə 1:1 hesablı heç-heçə edib.
Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, 1/4 finalda İngiltərə ilə qarşılaşacaq millimizin baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: - İlk növbədə bütün xalqımızı təbrik edirəm.
Bizə böyük dəstək oldular. Sizin də gördüyünüz kimi çətin oyun oldu. İnanıram ki, bundan sonrakı oyunlar da asan olmayacaq.
Əgər kubok qazanmaq istəyiriksə, bu oyunları mütləq udmalıyıq. - Rumıniya ilə oyunu erkən final da adlandırırdılar.
Bu oyunu udmaq sizə əlavə mətivasiya verəcək? - Rumıniya millisi çox yaxşı komandadır.
Onları udmaq həmişə bizə çətin olsa da, əlavə motivasiya verib. Bilirsiniz ki, Avropa çempionu da olanda da rumınları udmuşduq.