Icma.az
close
up
RU
Millimizin baş məşqçisindən qələbə şərhi

Millimizin baş məşqçisindən qələbə şərhi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsində millimiz Rumıniya seçməsi ilə  1:1 hesablı heç-heçə edib. Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 1/4 finalda  İngiltərə ilə qarşılaşacaq millimizin baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə bütün xalqımızı təbrik edirəm. Bizə böyük dəstək oldular. Sizin də gördüyünüz kimi çətin oyun oldu. İnanıram ki, bundan sonrakı oyunlar da asan olmayacaq. Əgər kubok qazanmaq istəyiriksə, bu oyunları mütləq udmalıyıq.

- Rumıniya ilə oyunu erkən final da adlandırırdılar. Bu oyunu udmaq sizə əlavə mətivasiya verəcək?

- Rumıniya millisi çox yaxşı komandadır. Onları udmaq həmişə bizə çətin olsa da, əlavə motivasiya verib. Bilirsiniz ki, Avropa çempionu da olanda da rumınları udmuşduq. Növbəti matçda İngiltərə ilə qarşılacağıq. İnanıram ki, bu matç bizim üçün daha çətin olacaq. Biz artıq, bu matçı unudub növbəti oyuna hazırlaşmalıyıq. 

- İngiltərə 1/8 finalda Bolqarıstan millisini penaltilər seriyasında keçərək millimizin rəqibi oldu. Bu matçda rəqibinizi izləmək şansızın oldu?

- Hələ ki, izləyə bilməmişəm. Yəqin ki, bu gecə o matçı izləyəcəyəm. 

- Qapıçı Ağaseyid Qasımov bu gün çıxışlarda çox zəif təsir bağışladı...

- Xeyr. Deməzdim ki, zəif çıxış etdi. Fikirləşmək lazımdır ki, hansı rəqibə qarşı oynayırsan. Belə təzyiq qarşısında oynamaq asan deyil. Düzdür, Ağaseyid bundan öncəki matçda çox yaxşı çıxış etmişdi. Digər qapıçımız Vəli də yaxşı qapıçıdır. Güc elə bölünməldir ki, hər ikisi də millimizə xeyir verə bilsin. 

- Mirkamil Əliyevə az şans verdiyinizi düşünürsüzmü?

- Mirkamil yaxşı oyunçularımızdan biridir. Qarşıdakı oyunlarda ona daha çox ehtiyac olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri