Millimizlə oyundan öncə Ukraynanın heyətində ciddi itki

12.10.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinin rəqibi olan Ukrayna seçməsi ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "göy-sarılar"ın yarımmüdafiəçisi Georgi Sudakov sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Benfika"nın futbolçusu iki gün öncə İslaniya ilə keçirilən oyunda zədələnib. 23 yaşlı oyunçu yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində baş tutacaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью