Millimizlə oyundan öncə Ukraynanın heyətində ciddi itki
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinin rəqibi olan Ukrayna seçməsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "göy-sarılar"ın yarımmüdafiəçisi Georgi Sudakov sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Benfika"nın futbolçusu iki gün öncə İslaniya ilə keçirilən oyunda zədələnib. 23 yaşlı oyunçu yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində baş tutacaq.
saytlarin hazirlanmasi
Millimizlə oyundan öncə İsveçdə növbəti itki
17 Noyabr 2024 21:08
Millimizlə oyundan öncə Portuqaliyanın heyətində dəyişiklik Benfika nın futbolçusu dəvət olundu
04 Sentyabr 2025 13:43
Ukraynanın millimizlə oyun üçün heyəti
26 Avqust 2025 11:44
Millimizlə matçdan öncə dəyişiklik edildi
31 Avqust 2025 21:23

