Millinin Litva ilə matçı onlara tapşırıldı

02.10.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan və Litva yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona laysmanlar Andre Filipe Noqeyra Diaş və Andre Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR-da Brunu Esteveş, AVAR-da isə Ana Klaudiya Silva Ribeyru olacaq.

Qeyd edək ki, oktyabrın 4-də "8-ci kilometr" stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью