Millinin Litva ilə matçı onlara tapşırıldı
sport24.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan və Litva yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona laysmanlar Andre Filipe Noqeyra Diaş və Andre Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR-da Brunu Esteveş, AVAR-da isə Ana Klaudiya Silva Ribeyru olacaq.
Qeyd edək ki, oktyabrın 4-də "8-ci kilometr" stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da başlayacaq.
Baxış sayı:59
Bu xəbər 02 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















