Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daha öncə xəbər verdiyimiz kimi, ötən ay futbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri müəyyənləşdi.U-17 Aqil Nəbiyevə tapşırıldısa, U-18 İlham Yadullayevin sərəncamına verildi.
19 yaşadək futbolçulardan ibarət yığmaya isə Elxan Abdullayev təyin olundu.Əslində, həmin adların heç biri yeni deyil.
Adı çəkilən mütəxəssislər daha öncə də yığma komandaları çalışdırırdılar.
Sadəcə olaraq, onların rəhbərlik etdiyi kollektivlər dəyişdi.Bəs, klublar həmin məşqçilərin işindən nə dərəcədə razıdırlar?
Bu barədə suallarımızı Premyer Liqa təmsilçilərinin akademiyalarından məsul şəxslərinə yönəltdik.Apasport.az həmin sorğunu təqdim edir:Nail Kərimov (Qarabağ): “Millinin həmin yaş qruplarına təyinatlar yenidir.
U-17 seçmə mərhələdə iştirak etdi və turnir sona çatdı. Həmin yaş qrupu artıq U-18 olacaq. Bunlar 2008 təvəllüdlü futbolçulardır.
2007-lər U-19, 2009-lar isə U-17 olacaqlar. Hər iki komanda yeni təyinatdan sonra yalnız bir toplanış keçirib.