Icma.az
close
up
RU
Millinin məşqçiləri nə iş görürlər? Akademiyalardan soruşduq

Millinin məşqçiləri nə iş görürlər? Akademiyalardan soruşduq

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daha öncə xəbər verdiyimiz kimi, ötən ay futbol üzrə aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri müəyyənləşdi.
U-17 Aqil Nəbiyevə tapşırıldısa, U-18 İlham Yadullayevin sərəncamına verildi. 19 yaşadək futbolçulardan ibarət yığmaya isə Elxan Abdullayev təyin olundu.
Əslində, həmin adların heç biri yeni deyil. Adı çəkilən mütəxəssislər daha öncə də yığma komandaları çalışdırırdılar. Sadəcə olaraq, onların rəhbərlik etdiyi kollektivlər dəyişdi.
Bəs, klublar həmin məşqçilərin işindən nə dərəcədə razıdırlar? Bu barədə suallarımızı Premyer Liqa təmsilçilərinin akademiyalarından məsul şəxslərinə yönəltdik.
Apasport.az həmin sorğunu təqdim edir:
Nail Kərimov (Qarabağ): “Millinin həmin yaş qruplarına təyinatlar yenidir. U-17 seçmə mərhələdə iştirak etdi və turnir sona çatdı. Həmin yaş qrupu artıq U-18 olacaq. Bunlar 2008 təvəllüdlü futbolçulardır. 2007-lər U-19, 2009-lar isə U-17 olacaqlar. Hər iki komanda yeni təyinatdan sonra yalnız bir toplanış keçirib. 17 yaşadək futbolçulardan ibarət yığma hazırda ikinci toplanışındadır. Məşqçilərlə daim əlaqədəyik. Həm baş məşqçilər, həm də köməkçiləri məşqlərimizə, oyunlarımıza gəlirlər. Mütəxəssislər bizim çalışdırıcılarla fikir mübadiləsi aparırlar. İndiyə qədərki məşqçilər də belə edirdilər. Görünür, bundan sonrakılar da eyni yolu izləyəcəklər”.
Elşad Əhmədov (Neftçi): “Oyunlarımızın əksəriyyətini izləyirlər. Hər üç yaş qrupunun həm baş məşqçiləri, həm də köməkçi məşqçiləri matçlarımızda iştirak edirlər. Öz qeydlərini aparırlar. Oyunları diqqətlə izləyirlər. Mütəxəssisləri əsasən, güclü rəqiblərlə görüşlərdə görürük. “Qarabağ”, “Sabah” kimi komandalarla matçlarda yığmaların məşqçiləri gəlirlər. Məşqlərimizi izlədiklərini deyə bilmərəm. Bəlkə təsadüfən ola bilər, amma mən görməmişəm”.
Namiq Süleymanov (Sabah): “Akademiyamızda işlər öz qaydasında davam edir. AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalar sona yaxınlaşdıqca rəqabət daha da artır. “Sabah” Futbol Klubunun akademiyasından millilərə dəvətlər hər zaman çox olub. Yığma komandaların məşqçiləri oyunlarımıza mütəmadi olaraq gəlirlər. Futbolçular haqqında tez-tez maraqlanırlar. Demək olar ki, daim əlaqədə oluruq”.
Zaur Həşimov (Zirə): “Bütün aşağı yaş qrupları üzrə milli komandaların məşqçiləri mütəmadi olaraq oyunlarımıza gəlirlər. Onlarla daim fikir mübadiləsi aparırıq. Hazırda akademiyanın bütün yaş qruplarında yığmaya dəvət alan perspektivli gənclər var”.
Sakit Rzayev (Araz-Naxçıvan): “Akademiyamızın 10-16 yaş aralığındakı komandaları Naxçıvandadır. U-17 və U-19 isə Bakıdadır. Həm bura, həm də ora bizim akademiyanın nəzdindədir. U-17 və U-19-un baş məşqçiləri ilə danışanda həmişə bildirirlər ki, milli komandadan gəlirlər, oyunlarımızı izləyirlər. Aqil Nəbiyev, İlham Yadullayev, Zamir Həsənov (Elxan Abdullayevin köməkçisi) mütəmadi olaraq matçlarımızda iştirak edirlər”.
Eltay Aslanov (Turan Tovuz): “Turan Tovuz”un ev oyunlarında təəssüf ki, heç kimi görə bilmirik. Yalnız Aqil Nəbiyevi matçlarımızda görürük. Akademiyaya gəlir, futbolçularla maraqlanır. Digər mütəxəssislərlə də davamlı əlaqədəyik, müzakirələr aparırıq. Lakin Tovuzda keçirdiyimiz görüşlərdə onları görməmişik”.
İlham Səmədov (Kəpəz): “Mənim çalışdığım dövrdə yalnız Aqil Nəbiyev Gəncəyə gəlib, oyunlarımızı yerindən izləyirdi. Digər milli məşqçilər isə Bakıdakı matçlarımıza gəlirdilər. Buna baxmayaraq, hər biri ilə mütəmadi olaraq əlaqədə olurduq”.
Hakan Sünal (Sumqayıt): “Bu sualı bir az daha geniş götürək. Soruşaq ki, heç son 6 ildə gələn olub? İlham Yadullayevi həmin müddətdə 1-2 dəfə görmüşəm. Aqil Nəbiyevi də həmçinin. Amma bu mövsüm ümumiyyətlə heç kim gəlməyib. Hər birinin köməkçiləri gəlirlər. Açıq danışsaq, bu qədər gəlməklə gəlməmək arasında bir fərq yoxdur. Sumqayıta çox az gəliblər. Mən AFFA-ya bu barədə təklif də göndərmişdim. Bu adamlar həftəiçi nə işlə məşğuldurlar? Heç oyunlara gəlməyi demirəm. Məsələn, bazar ertəsi gəlsinlər məşqimizi izləsinlər, baş məşqçi ilə əlaqədə olsunlar. Sonrakı gün “Sabah”a, çərşənbə günü “Neftçi”nin akademiyasına yollansınlar. Bu şəxslərin həftəlik proqramı nədən ibarətdir? Ən böyük problem budur. Bəzən oyunlara gəlirlər. Həmin zaman da söhbət edirlər, matçı diqqətlə izləmirlər. Bu prosesin dəyişməsini arzulayıram”.
Vəli Qasımov (Şamaxı): “Bizim 19 yaşlılardan ibarət komandamız Bakıda məskunlaşıb. Məşq və matçları orda keçirirlər. Bu səbəbdən milli məşqçilərinin oyunlarda iştirak etməsi təbiidir. Lakin U-17 komandamız Şamaxıdadır. Həmin kollektiv akademiyanın ən zəif komandasıdır. Heyəti çətinliklə toplaya bilmişik. Məşqlərdə və oyunlarda millidən heç kəsi görməmişik. Böyük ehtimalla komandanın zəif olduğu üçün matçlara heç kəs gəlmir”.
Mirbağır İsayev (Səbail): “Səbail”in futbolçuları hər zaman milliyə dəvət alıblar. Hazırda da yaş qruplarımızın demək olar ki, əksəriyyətindən yığmaya oyunçular cəlb olunurlar. Milli komanda məşqçilərini məşqlərdə gördüyümü desəm, doğru çıxmaz. Amma Emin İmaməliyevi və Hüseyn Məhəmmədovu tez-tez oyunlarımızda görürəm. Aqil Nəbiyev və Elxan Abdullayevin köməkçiləri daim matçlarımıza gəlirlər. Onlarla söhbətlərimizdə də milli komanda ilə bağlı danışıqlarımız olur. Yığma məşqçilərindən nə zaman zəng edən olsa, ünsiyyətdə oluruq”.
Famil Xəlilov (Qəbələ): “Hər üç yaş qrupunun məşqçiləri – Aqil Nəbiyev, İlham Yadullayev və Elxan Abdullayevlə çox yaxşı münasibətlərimiz var. Mütəmadi olaraq əlaqədəyik, danışıqlarımız olur. Həm futbolçuların inkişafı, həm də məşq prosesi ilə bağlı müzakirələr aparırıq. Onlara oyunçularımızın durumları barədə məlumat göndəririk. Mütəxəssislər də bizə “Qəbələ”nin futbolçularının millidəki çıxışları barədə geridönüş edirlər. İmkan düşdükcə akademiyamızın düşərgəsində olurlar. Son illərdə yığmalar Qəbələdə təlim-məşq toplanışı keçirirlər. Belə olan halda, məşqçilərlə daha çox görüşmək və müzakirələr aparmaq şansımız olur. Aqil Nəbiyevi oyunlarda tez-tez görürük, düşərgəmizdə olur, futbolçularla maraqlanır. Akademiya olaraq hər üç mütəxəssisdən razıyıq”.
Qeyd edək ki, hər üç mütəxəssisin müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.

“Şəmkir” və “Şimal”dan böyükhesablı qələbə Aqil Nəbiyev: "Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır" Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI APA Jurnalist Məktəbi növbəti təlimlərə qəbul elan edir Millimiz Gürcüstan yığmasına qalib gəldi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri