Milyon dollarlıq moda imperiyasının qurucusu xanımını öldürüb intihar etdi

06.10.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Moda dünyasında tanınan “Bryn Walker” brendinin qurucusu Brian Ualker və həyat yoldaşı Mişel Min ABŞ-dakı evlərində ölü tapılıblar.

Axşam.az xəbər verir ki, 64 yaşlı modelyer və 63 yaşlı xanımının Kaliforniyanın Berkli şəhərindəki evlərində cansız bədənləri aşkarlanıb. İlkin araşdırmalar zamanı Brian Ualkerın həyat yoldaşını silahla öldürdükdən sonra eyni silahla intihar etdiyi müəyyənləşib.

Bildirilir ki, bir neçə il əvvəl şirkətin baş direktoru vəzifəsini həyat yoldaşına həvalə edən Ualker son dövrlərdə biznesində ciddi maliyyə problemləri ilə üzləşib.

Məlumata görə, şirkətin səhm və kriptovalyuta yatırımlarında böyük itkilər yaşanıb. Bu səbəbdən moda şirkətinin iflas təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.

Mişel CEO kimi şirkətin maliyyə böhranından çıxarılması üçün çalışıb. Cütlüyün ölümü ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, “Bryn Walker” markası bohem üslublu geyimləri ilə moda dünyasında tanınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью