Milyon dollarlıq moda imperiyasının qurucusu xanımını öldürüb intihar etdi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Moda dünyasında tanınan “Bryn Walker” brendinin qurucusu Brian Ualker və həyat yoldaşı Mişel Min ABŞ-dakı evlərində ölü tapılıblar.
Axşam.az xəbər verir ki, 64 yaşlı modelyer və 63 yaşlı xanımının Kaliforniyanın Berkli şəhərindəki evlərində cansız bədənləri aşkarlanıb. İlkin araşdırmalar zamanı Brian Ualkerın həyat yoldaşını silahla öldürdükdən sonra eyni silahla intihar etdiyi müəyyənləşib.
Bildirilir ki, bir neçə il əvvəl şirkətin baş direktoru vəzifəsini həyat yoldaşına həvalə edən Ualker son dövrlərdə biznesində ciddi maliyyə problemləri ilə üzləşib.
Məlumata görə, şirkətin səhm və kriptovalyuta yatırımlarında böyük itkilər yaşanıb. Bu səbəbdən moda şirkətinin iflas təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.
Mişel CEO kimi şirkətin maliyyə böhranından çıxarılması üçün çalışıb. Cütlüyün ölümü ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, “Bryn Walker” markası bohem üslublu geyimləri ilə moda dünyasında tanınıb.
Baxış sayı:74
Bu xəbər 06 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















