Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müttəfiq qüvvələr faşist Almaniyasını məğlub etdikdən və 1945-ci ildə Avropada hərbi əməliyyatlar başa çatdıqdan sonra da nasistlər Avropadan qaçmağa başladılar.
Minlərlə SS dövlət qulluqçusu, Gestaponun nüfuzlu üzvləri və onların tərəfdaşları (xeyli sayda hərbi cinayətkar da daxil olmaqla) Cənubi Amerikada, xüsusən Argentina, Çili və Braziliyada sığınacaq tapdılar.
Niyə Cənubi Amerika? Argentina 2-ci dünya müharibəsində Almaniya ilə sıx əməkdaşlıq edirdi.
Buna görə də alman mühacirlərlərə qucaq açan ölkə də Argentina idi.
1945-ci ildən sonra Argentina lideri Xuan Peron öz diplomatlarını Reyx agentlərinin üçüncü ölkələr və saxta sənədlər vasitəsilə qaçış yollarını müəyyənləşdirməyə çağırdı.
Bundan əlavə, nasistləri Roma və Avstriyadakı Vatikan keşişləri də dəstəkləyirdilər.
Onların bir çoxu nasistlərin qanlı keçmişindən xəbərsiz, bəziləri isə tam xəbərdar olduğu halda onlara dəstək və sığınacaq verirdilər.