Icma.az
close
up
RU
Milyonlarla yəhudini öldürən, “Ağ Ölüm”, “Ölüm mələyi” ləqəbi alan nasistlər niyə Cənubi Amerikaya qaçırdılar? ŞOK SƏBƏB KONKRET

Milyonlarla yəhudini öldürən, “Ağ Ölüm”, “Ölüm mələyi” ləqəbi alan nasistlər niyə Cənubi Amerikaya qaçırdılar? ŞOK SƏBƏB KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müttəfiq qüvvələr faşist Almaniyasını məğlub etdikdən və 1945-ci ildə Avropada hərbi əməliyyatlar başa çatdıqdan sonra da nasistlər Avropadan qaçmağa başladılar. Minlərlə SS dövlət qulluqçusu, Gestaponun nüfuzlu üzvləri və onların tərəfdaşları (xeyli sayda hərbi cinayətkar da daxil olmaqla) Cənubi Amerikada, xüsusən Argentina, Çili və Braziliyada sığınacaq tapdılar.

Niyə Cənubi Amerika?

Argentina 2-ci dünya müharibəsində Almaniya ilə sıx əməkdaşlıq edirdi. Buna görə də alman mühacirlərlərə qucaq açan ölkə də Argentina idi. 1945-ci ildən sonra Argentina lideri Xuan Peron öz diplomatlarını Reyx agentlərinin üçüncü ölkələr və saxta sənədlər vasitəsilə qaçış yollarını müəyyənləşdirməyə çağırdı. Bundan əlavə, nasistləri Roma və Avstriyadakı Vatikan keşişləri də dəstəkləyirdilər. Onların bir çoxu nasistlərin qanlı keçmişindən xəbərsiz, bəziləri isə tam xəbərdar olduğu halda onlara dəstək və sığınacaq verirdilər.

KONKRET.az cəzadan yayınmaq ümidi ilə Cənubi Amerikaya qaçan SS hərbi cinayətkarlarının siyahısını təqdim edir:

Adolf Eyxman

Bu adam Hitlerin Avropadakı hər bir yəhudini məhv etmək fərmanının əsas memarı idi. Bu cəllad təqribən 6 milyon insanın qətlə yetirildiyi SS konsentrasiya düşərgələri şəbəkəsini gizli idarə edirdi. Eyxman Avropa yəhudilərinin müəyyən edilməsi, yuvarlaqlaşdırılması və Almaniyanın işğalı altında olan Polşadakı Auşvits, Treblinka və digər düşərgələrə daşınması üçün mürəkkəb sistemin təşəbbüskarı idi.
İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Eyxman Avstriyada gizləndi. Genuyadan olan bir rahibin köməyi ilə Argentina vizası aldı və “Qırmızı Xaç”a saxta sənəd üçün müraciət etdi. Faşisit cəlladı 1950-ci ildə ailəsi ilə Buenos-Ayresə qaçdı. O, Buenos-Ayresdə “Mercedes” avtomobil zavodunda işlə təmin olundu.
İsrailin “Mossad” xüsusi xidmət orqanı əməkdaşları 1960-cı il mayın 11-də xüsusi əməliyyat nəticəsində Eyxmanı ələ keçirərək gizli şəkildə İsrailə apardılar. Orada Eyxman hərbi cinayətkar kimi mühakimə olundu. O, Qüdsdə keçirilən dörd aylıq məhkəmə prosesindən sonra günahkar bilinib və İsrail məhkəməsi tərəfindən indiyə qədər çıxarılan yeganə ölüm hökmünü alıb. 1962-ci il mayın 31-də edam edilib.

Josef Mengele

Mengele Eyxmandan sonra ikinci cəllad hesab edilirdi. “Ölüm mələyi” ləqəbli həkim Auşvits məhbusları üzərində dəhşətli təcrübələr aparıb. SS zabiti Mengele müharibənin əvvəlində Şərq Cəbhəsinə göndərilib və burada igidliyinə görə “Dəmir Xaç” ordeni alıb. Yaralandıqdan sonra yararsız hesab edilərək Auşvitsə göndərilib. Orada məhbuslardan, xüsusən də əkizlərdən, hamilə qadınlardan və əlillərdən öz pis təcrübələri üçün laboratoriya siçovulları kimi istifadə edib. O, tibbi təcrübələri ilə daim uşaqlara işgəncə verir və öldürürdü.
Müharibə başa çatandan sonra Mengele Almaniyada gizlənir. 1949-cu ildə kilsə ruhanilərinin dəstəyi ilə “Ölüm mələyi” Argentinaya, daha sonra Uruqvaya qaçır və hətta burada öz adı ilə yaşayır. Qərbi Almaniya hökuməti bir neçə dəfə dil ucu Argentinadan Mengelenin ekstradisiyasını tələb etdi amma Buenes Ayres onu almanla vermədi. Mengele 1979-cu ildə infarktdan öldü.

Valter Rauff

SS polkovniki Rauff, müharibə zamanı təxminən yüz minlərlə insanın ölümü ilə nəticələnən qaz kameralarının tətbiqinə cavabdeh idi. Britaniya kəşfiyyat xidmətinin məlumatına görə, Rauff işlənmiş qazları maşınların arxasında yerləşdirilən kameralara daxil olmasının təşəbbüskarı olub. Yük maşınlarında ölən insanların əzabını şəxsən izləyib. Bir mobil kamera altmış nəfəri qəbul edib. Rauff həddindən artıq amansızlığı ilə məşhur isi və həm yəhudiləri, həm də əsir partizanları xüsusi qəddarlıqla öldürüb. Müttəfiq qüvvələr polkovniki ələ keçirsələr də, o, düşərgədən qaçaraq monastırlarda gizlənməyi bacarıb. 1949-cu ildə Rauff əvvəl Ekvadorda, 1949-cu ildən sonra isə Çilidə öz adı ilə yaşayıb. O, heç vaxt tutulmayıb və mühakimə olunmayıb. Əslində, Rauff 1958-ci ildən 1962-ci ilə qədər Qərbi Almaniyanın casusu kimi fəaliyyət göstərib.Rauff 1984-cü ildə Çilidə vəfat edib.

Frans Stangl

Qar kimi ağ forma və qamçıya olan həvəsinə görə “Ağ Ölüm” ləqəbini alan avstriyalı Stanql “Aktion T-4” evtanaziya planı üzərində işləyirdi və bu plana əsasən nasistlər psixi və fiziki qüsurlu insanları öldürürdülər. Daha sonra Sobibor və Treblinka həbs düşərgələrinin komendantı vəzifəsində çalışıb. Müharibənin sonunda Stanqlı amerikalılar həbs edib. Lakin 1947-ci ildə İtaliyaya qaça bilib. Nasistlərlə dostluq edən Avstriya yepiskopu Alois Hudal Stangla 1951-ci ildə Braziliyaya qaçmağa kömək edib. O, Sao Pauloda “Volkswagen” şirkətində öz adı ilə işə götürülüb. 1967-ci ildə Stanqlın yerini Holokostdan salamat qurtarn məşhur nasist ovçusu Simon Viesenthal müəyyən edib. O, cinayətkarı Qərbi Almaniyaya təhvil verib. Stanql 900 min insanın kütləvi qətlində günahkar bilinib. 1971-ci ildə ürək çatışmazlığından həbsxanada ölüb.

Jozep Şvammberqer

Avstriyalı faşist Şvammberqer müharibə zamanı Polşada üç əmək düşərgəsinə rəhbərlik edən SS komandiri idi. 1943-cü ildə o, beş yüz yəhudini kütləvi şəkildə qətlə yetirib. O, şəxsən 35 nəfəri arxadan güllələyib. Bundan başqa çoxlu sayda yəhudini Osvensimdə ölümə göndərib.
Şvammberqer 1945-ci ildə Avstriyada həbs edilsə də, 3 il sonra İtaliyaya qaçıb və bir neçə ay sonra Argentinaya gedib. Buenes Ayresdə Argentina vətəndaşlığı alıb və 1987-ci ilə qədər sərbəst yaşayıb. Həmin il həbs edilərək Almaniyaya təhvil verilib. 1992-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Şvammberqer 2004-cü ildə 92 yaşında həbsxanada vəfat edib.

Erix Priebke

SS komandiri Priebke, italyan partizanları tərəfindən 33 alman zabitinin öldürülməsinə cavab olaraq, 335 nəfər İtaliya vətəndaşını Ardeatin mağaralarında qətlə yetirib. Priebke 1946-cı ilin Milad gecəsi ingilis hərbi əsir düşərgəsindən qaçıb. Yepiskop Alois Hudalın dəstəyi ilə Priebke Argentinaya gedib. Onun yerini Argentinada İtaliya kəşfiyyatı müəyyən edib həbs olunaraq İtaliyaya aparılıb. Romada hərbi cinayətlərdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib. Priebke 2013-cü ildə 100 yaşında dünyasını dəyişib.

Gerhard Bonet

 

Hüquqşünas və SS zabiti kimi fəaliyyət göstərən Bonet Hitlerin “Sanatoriyalar və Qocalar Evləri” şəbəkəsinə rəhbərlik edib. O, birbaşa Hitlerin evtanaziya layihəsi “Aktion T-4”-ün inzibati logistikasına cavabdeh idi. Bonet özünü “Mərhəmət Mələyi” adlandırdı və ari irqini təmizləmək üçün əlillərin və əqli qüsurlu insanların sistematik şəkildə məhv edilməsində fəal iştirak edirdi. Bonet Argentina prezidenti Peronun dəstəyi ilə 1949-cu ildə Argentinaya qaçıb.Peron devirdikdən sonra Bonet Almaniyaya qayıdıb və 1963-cü ildə həbs olunub. Girov müqabilində sərbəst buraxılan Bonet yenidən Argentinaya üz tutub, lakin üç il sonra Almaniyaya ekstradisiya edilib. Bonet Argentina hökuməti tərəfindən rəsmi olaraq ekstradisiya edilən ilk SS cinayətkarı idi. Bonet 1981-ci ildə heç vaxt mühakimə olunmadan ölüb.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri