Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU

02.08.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi avqustun 2-də saat 09 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Marqarita pizza

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin davam etdirilməsi məqsədilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью