Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
''Yeni Sabah'' xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi avqustun 2-də saat 09 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Marqarita pizza
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları qoyulub.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin davam etdirilməsi məqsədilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 02 Avqust 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















