Minaların təmizlənməsi Böyük Qayıdışın əsas şərtinə çevrilib HƏRBİ EKSPERT ŞƏRH ETDİ | Icm…
Icma.az, Sia Az saytına istinadən bildirir. "İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi Azərbaycan üçün həm təhlükəsizl
Ermənistanın uzun illər ərzində bu əraziləri geniş miqyasda minalaması həm hərbi, həm də mülki əhali üçün ciddi təhlükə yaradır".
Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, ən ağrılı məqam isə ondan ibarətdir ki, minalar yalnız müdafiə xətlərində deyil, yaşayış məntəqələrinin içərisində, kənd təsərrüfatı sahələrində, meşə zolaqlarında və su hövzələri yaxınlığında da basdırılıb.
Bu isə bölgənin bərpası və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışını ləngidən əsas maneələrdən biridir: "Hazırda Azərbaycan dövləti bu istiqamətdə böyükmiqyaslı fəaliyyət həyata keçirir.
ANAMA və digər aidiyyəti qurumlar müasir texnika və peşəkar mütəxəssislərin iştirakı ilə genişmiqyaslı mina təmizləmə əməliyyatları aparır.
Bu işdə Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı və BMT kimi beynəlxalq tərəfdaşların dəstəyi də xüsusi rol oynayır.
Təhlükəsizliyin təmin olunması üçün ən müasir texnologiyalar – pilotsuz uçuş aparatları, xüsusi zirehli texnika və mina aşkarlayıcı qurğular istifadə edilir.
Tam oxu
Xəbəri oxu