Icma.az
close
up
RU
Minaların təmizlənməsi Böyük Qayıdışın əsas şərtinə çevrilib HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Minaların təmizlənməsi Böyük Qayıdışın əsas şərtinə çevrilib HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi Azərbaycan üçün həm təhlükəsizlik, həm də sosial-iqtisadi baxımdan strateji əhəmiyyət daşıyan bir məsələdir. Ermənistanın uzun illər ərzində bu əraziləri geniş miqyasda minalaması həm hərbi, həm də mülki əhali üçün ciddi təhlükə yaradır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, ən ağrılı məqam isə ondan ibarətdir ki, minalar yalnız müdafiə xətlərində deyil, yaşayış məntəqələrinin içərisində, kənd təsərrüfatı sahələrində, meşə zolaqlarında və su hövzələri yaxınlığında da basdırılıb. Bu isə bölgənin bərpası və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışını ləngidən əsas maneələrdən biridir: "Hazırda Azərbaycan dövləti bu istiqamətdə böyükmiqyaslı fəaliyyət həyata keçirir. ANAMA və digər aidiyyəti qurumlar müasir texnika və peşəkar mütəxəssislərin iştirakı ilə genişmiqyaslı mina təmizləmə əməliyyatları aparır. Bu işdə Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı və BMT kimi beynəlxalq tərəfdaşların dəstəyi də xüsusi rol oynayır. Təhlükəsizliyin təmin olunması üçün ən müasir texnologiyalar – pilotsuz uçuş aparatları, xüsusi zirehli texnika və mina aşkarlayıcı qurğular istifadə edilir.

Minaların təmizlənməsi yalnız təhlükəsizliyi təmin etmir, həm də Böyük Qayıdış proqramının uğurla icra olunmasının əsas şərtidir. Çünki mina təmizlənməsi olmadan nə infrastruktur layihələrinin həyata keçirilməsi, nə də insanların kənd təsərrüfatı ilə məşğul olması mümkündür. Hər bir təmizlənmiş hektar torpaq həm insanların həyatını xilas edir, həm də regionun sosial-iqtisadi inkişafına yeni imkanlar açır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Ermənistanın minaların dəqiq xəritələrini tam şəkildə təqdim etməməsi prosesi xeyli çətinləşdirir. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və nəticədə mülki şəxslər arasında çoxsaylı itkilərə səbəb olur. Ümumilikdə, minaların təmizlənməsi prosesi uzunmüddətli və resurs tələb edən bir proses olsa da, bu istiqamətdə aparılan işlər Azərbaycanın gücünü, iradəsini və azad olunmuş əraziləri tam bərpa etmək əzmini göstərir. Bu əməliyyatların uğurlu aparılması yaxın illərdə təhlükəsiz, yaşayış üçün əlverişli mühitin formalaşmasına, əhalinin doğma torpaqlarına qayıdışının sürətlənməsinə və bölgənin iqtisadi potensialının tam reallaşmasına imkan verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri