Mincivanın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir MÖVQE BİLDİRİLDİ | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mincivanın erməni işğalından azad edilməsi, əlbəttə ki, Azərbaycanın tarixi baxımından böyük əhəmiyyət kəsb edir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, bu, yalnız tarixi deyil, həm də strateji və siyasi xarakter daşıyan mühüm hadisədir: "Ümumilikdə, Mincivandan başlayaraq Azərbaycanın bütün ərazilərinin erməni işğalından azad edilməsi, müstəqil Azərbaycan tarixinin ən parlaq hərbi və siyasi hadisələrindən biridir.
Bu proses nəticəsində Azərbaycan, müstəqillik tarixində otuz ildən sonra nəhayət ki, öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi və bütün dünyaya suverenliyini bəyan etdi.
Ən önəmlisi isə odur ki, hazırda Azərbaycan dövlətinin və eyni zamanda Azərbaycan Konstitusiyasının təsiri ölkənin bütün ərazilərində bərabər şəkildə hiss olunur.
Konstitusiya, dövlətin suverenliyinin və hüquqi hakimiyyətinin bütün bölgələrdə bərqərar olduğunu nümayiş etdirir.
Bu isə Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsi deməkdir.
Tam oxu
Xəbəri oxu