Icma.az
close
up
RU
Mincivanın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir MÖVQE BİLDİRİLDİ

Mincivanın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir MÖVQE BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mincivanın erməni işğalından azad edilməsi, əlbəttə ki, Azərbaycanın tarixi baxımından böyük əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu, yalnız tarixi deyil, həm də strateji və siyasi xarakter daşıyan mühüm hadisədir: "Ümumilikdə, Mincivandan başlayaraq Azərbaycanın bütün ərazilərinin erməni işğalından azad edilməsi, müstəqil Azərbaycan tarixinin ən parlaq hərbi və siyasi hadisələrindən biridir. Bu proses nəticəsində Azərbaycan, müstəqillik tarixində otuz ildən sonra nəhayət ki, öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi və bütün dünyaya suverenliyini bəyan etdi. Ən önəmlisi isə odur ki, hazırda Azərbaycan dövlətinin və eyni zamanda Azərbaycan Konstitusiyasının təsiri ölkənin bütün ərazilərində bərabər şəkildə hiss olunur. Konstitusiya, dövlətin suverenliyinin və hüquqi hakimiyyətinin bütün bölgələrdə bərqərar olduğunu nümayiş etdirir. Bu isə Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsi deməkdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, ordusunun qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü təmin etmiş, sərhədlərinin toxunulmazlığını qoruyub saxlamışdır.

Bütün bu proseslər göstərir ki, Azərbaycan dövləti özünün ən böyük problemini – torpaq itkilərini və işğal məsələsini – qəti şəkildə həll edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Gələcəkdə əsas diqqət ölkənin iqtisadi və sosial inkişaf perspektivlərinin reallaşdırılmasına, həmçinin regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönələcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri