Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 aprel, AZƏRTAC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb.
Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib.
Əhaliyə verilən sutəmizləyici qurğuda 28 sayda qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir.
Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 3 sayda nasos aqreqatı vasitəsilə 820 mm-lik boru ilə mərkəzi su anbarına ötürülür.
Mərkəzi su anbarında depolanmış su tələbata uyğun olaraq 1000 mm-lik çıxış xətti vasitəsilə özüaxımlı rejimdə şəhərin su təchizatı şəbəkəsinə verilir.
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılaraq abonentlərin istifadəsinə verilib.
Tam oxu
Xəbəri oxu