Icma.az
close
up
RU
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb.

Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən sutəmizləyici qurğuda 28 sayda qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 3 sayda nasos aqreqatı vasitəsilə 820 mm-lik boru ilə mərkəzi su anbarına ötürülür. Mərkəzi su anbarında depolanmış su tələbata uyğun olaraq 1000 mm-lik çıxış xətti vasitəsilə özüaxımlı rejimdə şəhərin su təchizatı şəbəkəsinə verilir. Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılaraq abonentlərin istifadəsinə verilib. Kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə davam edir.

Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev bildirib ki, hazırda Nərimanov prospektində bu işlər davam etdirilir. Layihəyə uyğun olaraq 250 kilometr kanalizasiya xəttinin 210 kilometri, yəni 84 faizi icra olunub. Şəhər ərazisində 250-ə yaxın yüksək mərtəbəli yaşayış evləri və 7 minə yaxın fərdi yaşayış evləri yeni şəbəkəyə qoşularaq vətəndaşların istifadəsinə verilib.

“Mərkəzi su anbarından yüksək ərazidə yerləşən istehlakçıları su ilə təmin etmək üçün su anbarında quraşdırılmış 2 nasos aqreqatı istismar edilir. Zərurət yarandıqda suyun istehlakçılara çatdırılması üçün idarə tərəfindən 3 sayda məhəllədaxili su nasos stansiyasından da istifadə olunur. Hazırda idarənin abonent bazasında 33 min 500 abonent qeydiyyatdadır. Abonentlərin sayğaclaşma səviyyəsi isə 96,7 faiz təşkil edir. Şəhərin kanalizasiya şəbəkəsi üzrə idarənin istismarında 2 məhəllə daxili tullantı sutəmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası var. Layihə üzrə şəhərdə 3 yeni kanalizasiya nasos stansiyası tikilib və istismara verilib, 1 nasos stansiyasının tikintisi başa çatdırılıb. Layihədə, həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65 min kubmetr olan yeni tullantı su təmizləmə qurğusunun tikilməsi nəzərdə tutulur”, - deyə idarə rəisi vurğulayıb.

Samir Əliyev onu da qeyd edib ki, Mingəçevir Su Anbarından xam su sutkada 55 min kubmetr istehsal gücü olan su filtrlərində təmizlənərək nasoslar vasitəsilə 10 min kubmetrlik su anbarına ötürülür: “Su anbardan özüaxımlı formada vətəndaşların istifadəsinə verilir. Şəhərin 97 faizində sayğaclaşma işləri aparılıb. Şəhərdə 24 saat fasiləsiz olaraq su təminatı aparılır. Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri