Icma.az bildirir, Avtosfer portalına istinadən.
Mingəçevir-Xaldan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də səhər saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan “Chevrolet” markalı avtomobilin arxa təkərləri qəfil yerindən çıxıb. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb və avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq bir neçə dəfə fırlanıb.
Zərbənin təsirindən işıq dirəyi yerindən qopub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qəza göstərir ki, avtomobilin texniki sazlığına, xüsusilə də təkərlərin və onların bərkidici elementlərinin vəziyyətinə mütəmadi nəzarət edilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Nərmin