Mingəçevir Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Mingəçevir-Xaldan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də səhər saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan “Chevrolet” markalı avtomobilin arxa təkərləri qəfil yerindən çıxıb. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb və avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq bir neçə dəfə fırlanıb.
Zərbənin təsirindən işıq dirəyi yerindən qopub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qəza göstərir ki, avtomobilin texniki sazlığına, xüsusilə də təkərlərin və onların bərkidici elementlərinin vəziyyətinə mütəmadi nəzarət edilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Avqust 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















