Mingəçevirdə tullantı qablarını yandırdılar

16.03.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Mingəçevirin  müxtəlif  küçələrində  iri həcmli məişət tullantısı qabları yandırılıb.

 "Unikal"ın məlumatına görə, hadisə ötən gecə baş verib. Belə ki, şəhərin Nizami, Əliağa Vahid, Nəriman Nərimanov və onlara bitişik  küçələrdə qeydə  plasmas tullantı yeşikləri tamamən yanıb, dəmir qutular isə yararsız vəziyyətə düşüb.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin hüquqşünası Cavid Xəlilov "Unikal"a bildirib ki, hadisənin qəsdən törədildiyi ehtimal edilir.  C. Xəlilov qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və aparılan araşdırmalardan sonra hadisənin səbəbinə aydınlıq gətiriləcək.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью