Mingəçevirdə tullantı qablarını yandırdılar
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Mingəçevirin müxtəlif küçələrində iri həcmli məişət tullantısı qabları yandırılıb.
"Unikal"ın məlumatına görə, hadisə ötən gecə baş verib. Belə ki, şəhərin Nizami, Əliağa Vahid, Nəriman Nərimanov və onlara bitişik küçələrdə qeydə plasmas tullantı yeşikləri tamamən yanıb, dəmir qutular isə yararsız vəziyyətə düşüb.
Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin hüquqşünası Cavid Xəlilov "Unikal"a bildirib ki, hadisənin qəsdən törədildiyi ehtimal edilir. C. Xəlilov qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və aparılan araşdırmalardan sonra hadisənin səbəbinə aydınlıq gətiriləcək.
Ehtiram Muradov
Baxış sayı:110
Bu xəbər 16 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















