Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməklə 30 illik işğala son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Münaqişə həll edildi. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır və bu bir neçə dəfə bəyan olunub.
Şərti dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə dövlət komissiyası fəaliyyət göstərir.
Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə döyüş meydanında əldə etdiklərininn diplomatik müstəvidə təsdiqinin davamı 2025-ci ilin əsas fəaliyyət prioritetlərindəndir.
Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərini təşkil edir.
1990-ci illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə sülh yolu ilə Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır.
Bu kontekstdə xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında ATƏM tərəfindən təsis edilmiş və Şanlı Zəfərimiz nəticəsində funksiyasını itirmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun və həmsədrlik institunun ləğvi öndə dayanır.