Icma.az
close
up
RU
Minsk Qrupu və həmsədrlik institu ləğv edilməlidir!

Minsk Qrupu və həmsədrlik institu ləğv edilməlidir!

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməklə 30 illik işğala son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Münaqişə həll edildi. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır və bu bir neçə dəfə bəyan olunub. Şərti dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə dövlət komissiyası fəaliyyət göstərir.

Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə döyüş meydanında əldə etdiklərininn diplomatik müstəvidə təsdiqinin davamı 2025-ci ilin əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərini təşkil edir. 1990-ci illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə sülh yolu ilə Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır.

Bu kontekstdə xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında ATƏM tərəfindən təsis edilmiş və Şanlı Zəfərimiz nəticəsində funksiyasını itirmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun və həmsədrlik institunun ləğvi öndə dayanır. ATƏT-in Minsk qrupu ilə yanaşı, ATƏT çərçivəsində digər mexanizmlərin - Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturların artıq rəsmi qaydada ləğv edilməsi aktual məsələdir.

Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıqlar diktə edir. Minsk Qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamami ilə aradan qalxmışdır. De fakto mandatını itirmiş mexanizmlərin, keçmiş münaqişəni hansısa formada aktuallaşdıracaq qədər siyasi çəkisi olmasa da, hər hansı manipulyasiya üçün sui-istifadə edilmək və ya lüzsumsuz təzyiq aləti kimi gündəmə gətirilmək potensialı qalır.

Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur.

Azərbaycan bu məsələlərin həllinə nail olmaq üçün Ermənistan və yaxud həmsədr ölkələrlə ikitərəfli formatla yanaşı, çoxtərəfli formatda da fəaliyyət aparır. ATƏT-ə də təzyiqlərini müxtəlif formalarda, illik üzvlük haqqının ödənilməməsi və s. formalarda da davam etdirir. Funksiyasını itirmiş mexanizmləri maliyyələşdirməyə davam edən struktura nəyə görə üzvlük haqqı ödənilməlidir?

2020-ci ilin 9 noyabrından sonra bu məsələni qəti və prinsipial qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif siyasi-diplomatik müstəvilərdə dəfələrlə gündəmə gətirib. Prezident hələ ötən ilin fevralında Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri İan Borqunla Münxen Təhlükəsizlik Konfransı çəriçivəsində keçirdiyi görüşdə də bu tələbləri qəti şəkildə səsləndirib. Aktual olaraq, cari il yanvar ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməli olduğunu vurğulamışdı.

Ermənistan isə məsələyə son vaxtlar prinsipial olaraq müsbət tonlu mövqe sərgiləsə də ziddiyyətli yanaşma məsələni çətinləşdirir. 2024-cü ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin Minsk Qrupunun ləğvi ilə bağlı yanaşmasını “konstruktiv yanaşma” adlandırması və “1994-cü ildən (ATƏT çərçivəsində - R.N.) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı” barədə açıqlaması da Minsk Qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər. Onun “əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?” sözləri bu pozitiv ehtimalı gücləndirir.

2025-ci il yanvarın əvvəlində Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması ilə bağlı müxtəlif təkifləri, o cümlədən Minsk qrupunun buraxılmasını özündə ehtiva edən təkliflə çıxış edib. Bir neçə gün öncə isə Ermənistan Baş nazirinin mətbuat katibinin öz sosial şəbəkə hesablarında “Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir” paylaşımı da bu qənaəti bir az da gücləndirir.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın mövzu ilə bağlı açıqlaması isə Azərbaycanın mövqeyinə ziddiyyət təşkil edir. Belə ki, erməni spiker Minsk Qrupunu ləğvini sülh sazişi imzalanmasından sonra baş verə biləcəyin qeyd edərək, sülh sazişi imzalanandan ona ehtiyac qalmayacağını və mənasını itirəcəyini bildirib.

Təbii ki, ATƏT-in keçmiş münaqişə bağlı mexanizmlərinin ləğvi sülh müqaviləsi imzalananadək baş verməlidir. Azərbaycan qəti və haqqlı mövqeyi dəyişməz olaraq qalır. Bu addım Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar, digər məsələlər üçün uğurlu zəmin kimi qəbul edilə bilər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Ağdamın işğalı günü səsləndiyi irqçi və faşist ideologiyasına xidmət edən və etnik təmizləməyə haqq qazandıran açıqlamaları bir daha sübut etdi ki, Azərbaycan tələblərində Ermənistana malik olduğu işğalçı keçmişə görə tam haqqlıdır.

Rizvan Nəbiyev

Siyasi elmlər doktoru,Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri