Minsk qrupunun özünə Minsk qrupu lazımdır Zahid Oruc | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif etdiklərini bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, bu, ilk baxışdan yetərincə razılaşma mövqeyi kimi görünən bir bəyanatdır: "Lakin arxasında dayanan məqsədi gərək biz görə bilək.
Bu ondan ibarətdir ki, faktiki olaraq Qarabağ iddiası ifadə olunmursa, Azərbaycanın ərazi bütövlüyünə hər hansısa bir fərqli yanaşma yoxdursa, daxildə olan qüvvələr keçmiş "hakimiyyət" qalıqları, qəsbkarlıqda iştirak edən hərbi sahə komandirləri və s.
plan üzrə hərəkət etmirlərsə, çox rahatlıqla söyləyə bilərlər ki, sülh müqaviləsi olmadan da Minsk qrupu mövcud deyil.
Axı onun mandatı Qarabağ məsələsi üçün verilmişdi. İndiki halda Paşinyanın davranışları sanki məsələni özlərinin şərtləri ilə həll etmiş kim
Vaxtilə deyirdilər ki, Azərbaycanın konstitusiya ilə bağlı qaldırdığı fikirlər rəsmi olaraq cavablandırılıb.
Məhkəmədən bildirilirdi ki, konstitusiyada heç bir ölkə ərazisinə iddia yoxdur. Bu, çox yanlış yanaşmadır.
Tam oxu
Xəbəri oxu