Icma.az
close
up
RU
Minsk qrupunun özünə Minsk qrupu lazımdır Zahid Oruc

Minsk qrupunun özünə Minsk qrupu lazımdır Zahid Oruc

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif etdiklərini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, bu, ilk baxışdan yetərincə razılaşma mövqeyi kimi görünən bir bəyanatdır:

"Lakin arxasında dayanan məqsədi gərək biz görə bilək. Bu ondan ibarətdir ki, faktiki olaraq Qarabağ iddiası ifadə olunmursa, Azərbaycanın ərazi bütövlüyünə hər hansısa bir fərqli yanaşma yoxdursa, daxildə olan qüvvələr keçmiş "hakimiyyət" qalıqları, qəsbkarlıqda iştirak edən hərbi sahə komandirləri və s. plan üzrə hərəkət etmirlərsə, çox rahatlıqla söyləyə bilərlər ki, sülh müqaviləsi olmadan da Minsk qrupu mövcud deyil. Axı onun mandatı Qarabağ məsələsi üçün verilmişdi.

İndiki halda Paşinyanın davranışları sanki məsələni özlərinin şərtləri ilə həll etmiş kimi görünür. Vaxtilə deyirdilər ki, Azərbaycanın konstitusiya ilə bağlı qaldırdığı fikirlər rəsmi olaraq cavablandırılıb. Məhkəmədən bildirilirdi ki, konstitusiyada heç bir ölkə ərazisinə iddia yoxdur. Bu, çox yanlış yanaşmadır. Konstitusiya Məhkəməsi xalqın iradəsini əvəz edə bilməz. Biz həm də erməni xalqının, əhalisinin də konstitusiya üzrə bizə qoyulan iddiaların üzərindən xətt çəkməsini istəyirik. Müharibənin nəticələrini qəbul etmələrini istəyirik. Biz erməni cəmiyyətinin vəziyyətini görmək istəyirik. Ərazi iddiasının ortadan qaldırılması üçün mütləq əhalinin ona səs verməsi lazımdır. Bu, böyük nəticədir. Bununla erməni cəmiyyətinin mövqeyini dünyanın görməsi üçün şərait yaranmış olacaq"

Millət vəkili vurğuladı ki, Minsk qrupu faktiki olaraq İkinci Qarabağ savaşı nəticəsində ortadan qalxıb.

"Hardadır Minsk qrupu? Onlar Bayden dövründə üz-üzə gəlmişdilər. Hamı bilirdi ki, müharibənin əsas tərəfləri Ukrayna və Rusiya deyil, Amerika və Rusiya idi. İndiki halda Fransa o xətti davam etdirir. Minsk qrupunun özünə Minsk qrupu lazımdır. Çünki onların arasında amansız və qanlı savaş gedir.

Ermənistan və Azərbaycan arasında hazırda vasitəçiyə ehtiyac yoxdur. Faktiki olaraq onlar görüşə də bilirlər. Bəzən qarşılıqlı telefon zəngləri həyata keçirilir. Xarici işlər nazirlərinin müavinlərinin görüşləri buna misaldır. Bunu sülh sənədinə saxlamaq düzgün yanaşma deyil. Ermənistan bununla bir qədər siyasi taktika qurmuş sayılır. Bizim müharibəmiz həm də Qarabağı Minsk qrupunun əlindən almaqla yekunlaşıb. Paşinyan bunu dərk edir. Separatizm Ermənistanın özünü təhdid edir. Minsk qrupundan xilas olmaq Paşinyanın da xeyrinədir", - deyə Zahid Oruc bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri