Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir RƏY | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dalğa böyüdükcə, Rusiyadan deportasiya olunan azərbaycanlıların da sayı artacaq Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir.
“Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir.
Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır.Qeyd edək ki, miqrantların zorla orduya cəlb edilməsi və Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada daxili sabitliyin pozulması ehtimalı vəziyyəti təhlükəli edir.Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Plaforması” İctimai Birliyinin sədri Azər Allahverənovun da “Şərq”ə açıqlamasında dediyi kimi, miqrasiya sahəsində baş verən proseslər bu və ya digər formada ölkədə yaşayan bütün miqrantlara toxunur: “Bu il yanvarın 1-dən etibarən Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizədə daha sərt üsullardan istifadə edir.
Yeni qaydaların tətbiqi də məhz ona hesablanıb ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayını minimuma endirsinlər.
Rusiya hökuməti maksimum çalışır ki, yeni qaydalar tətbiq etməklə ölkə ərazisində yaşayan miqrantları ölkə iqtisadiyyatına və cəmiyyətinə daha çox fayda verəcək qrupa çevirsin.
Müxtəlif mənbələrdə müxtəlif rəqəmlər qeyd edildiyi üçün hökumət ölkə ərazisində qanunsuz yaşayan milyonlarla miqrantın leqallaşdırılmasına, onların Rusiya vətəndaşlığı alması üçün əsaslar olmadıqda isə ölkə ərazisindən çıxarılmasına nail olmaq istəyir.
Tam oxu
Xəbəri oxu