Icma.az
close
up
RU
Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir RƏY

Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dalğa böyüdükcə, Rusiyadan deportasiya olunan azərbaycanlıların da sayı artacaq  


Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir. “Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır.

Qeyd edək ki, miqrantların zorla orduya cəlb edilməsi və Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada daxili sabitliyin pozulması ehtimalı vəziyyəti təhlükəli edir.


Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Plaforması” İctimai Birliyinin sədri Azər Allahverənovun da “Şərq”ə açıqlamasında dediyi kimi, miqrasiya sahəsində baş verən proseslər bu və ya digər formada ölkədə yaşayan bütün miqrantlara toxunur: “Bu il yanvarın 1-dən etibarən Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizədə daha sərt üsullardan istifadə edir. 

Yeni qaydaların tətbiqi də məhz ona hesablanıb ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayını minimuma  endirsinlər. Rusiya hökuməti maksimum çalışır ki, yeni qaydalar tətbiq etməklə ölkə ərazisində yaşayan miqrantları ölkə iqtisadiyyatına və cəmiyyətinə daha çox fayda verəcək qrupa çevirsin. Müxtəlif mənbələrdə müxtəlif rəqəmlər qeyd edildiyi üçün hökumət ölkə ərazisində qanunsuz yaşayan milyonlarla   miqrantın leqallaşdırılmasına, onların Rusiya vətəndaşlığı alması üçün əsaslar olmadıqda isə ölkə ərazisindən çıxarılmasına nail olmaq istəyir. Bu istiqamətdə atılan addımlar isə radikal görünür. Lakin hökumətin niyyəti və bu istiqamətdəki qətiyyəti tam aydındır. Rusiya hökuməti  hesab edir ki, ölkədə yaşayan qanunsuz miqrantlar  potensial təhlükə mənbəyidir. Son illər Rusiyada yaşanan xoşagəlməz hadisələr, xüsusən də terror aktlarında birbaşa və ya dolayı yolla miqrantların adının hallanması, onların proseslərdə iştirakı hökuməti bu cür sərt addımlar atmağa  vadar edib”. 

Millət vəkili bildirib ki, miqrasiya məsələsində selektiv siyasət yeritmək çətin olduğundan proses bütün miqrantlara təsir edir. Onun sözlərinə görə, Rusiya ərazisində qanunsuz yaşayan miqrantların bir çoxu ölkə ərazisini tərk etmək məcburiyyətindədir. Bunlar da o şəxslərdir ki, ölkə ərazisində qalmağa heç bir tutarlı əsasları yoxdur: “Lakin Rusiya ərazisində qalması üçün əsası olan şəxslərin müraciətləri dəyərləndirilir. Statuslarının leqallaşdırılması mümkün olan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamağa icazə verilir və ya qalma müddətləri uzadılır. 

Yayılan məlumatlar fonunda deyə bilərəm ki, Rusiyadan deportasiya olunan şəxslər arasında Mərkəzi Asiya ölkələrinin vətəndaşları çoxluq təşkil edir. Sözsüz ki, aralarında Azərbaycandan olan miqrantlar da var. Bu da onu göstərir ki, dalğa böyüdükcə, Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı da artacaq”. 

Rusiyada miqrantların zorla orduya cəlb olunmasına gəldikdə isə A.Allahverənov xatırladıb ki, Rusiyada əvvəllər mövcud olan qaydalara görə, Rusiya federasiyasının vətəndaşlığını alan şəxslər hərbi uçota durmadan ölkə ərazisində yaşaya bilirdilər: "Hətta əvvəllər vətəndaşı olduğu ölkənin silahlı qüvvələrində hərbi xidmət keçən şəxslər qeydiyyata düşsələr belə, hərbi xidmətə çağırılmırdılar. Lakin ötən ildən edilən dəyişikliyə görə, Rusiya federasiyasında vətəndaşlıq alan şəxslər mütləq şəkildə miqrasiya uçotuna durmalı, öz ölkəsində hərbi xidmət keçmiş olsa belə, Rusiyanın müvafiq qurumları hərbi xidmətə cəlb edə bilər. Lakin verilən məlumatlarda ilk dəfə hərbi xidmətə çağırılan şəxslərin müharibəyə cəlb olunmadığı, onların hərbi hissələrdə xidmət keçdikləri qeyd edilib. Kimlər ki zamanında hərbi xidmətdə olub və sonrasında Rusiya federasiyasının vətəndaşlığını əldə edib, miqrasiya uçotuna durubsa, həmin şəxslərin müharibəyə cəlb olunması ilə bağlı təhlükələr realdır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri