Miqren sadə baş ağrısı deyil, nevroloji kabusdur | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəstəliyin sirləri açılmayıb, elm bu ağrını hələ də tam başa düşə bilmirTiktoku bürüyən təhlükəli "McMigraine" reseptindən uzaq durun, təhlükə saçırBöyük Britaniyada 10 milyondan çox insanın əziyyət çəkdiyi miqren xəstəliyinə qarşı sosial şəbəkələrdə yeni "McMigraine" adlı üsul viral hal alıb.
İddialara görə, qazlı kola və duzlu kartof qızartması miqren tutmalarını yüngülləşdir.
Tiktokda yüzlərlə istifadəçi bu kombinasiyanın faydasını gördüyünü bildirib. Ancaq mütəxəssislər bu üsula ehtiyatla yanaşmağı tövsiyə edir.
"Migraine Trust" fondunun nümayəndəsi, həkim Key Kennis bildirib ki, koladakı kofein bəzən sinir sisteminə müsbət təsir göstərərək miqreni azalda bilər, lakin bu təsir hər kəsdə eyni olmur.
Üstəlik, kofeinin həddindən artıq istifadəsi miqreni daha da şiddətləndirə bilər.
Bəzi insanlar isə kartof qızartmasındakı duzun kömək etdiyini iddia edir, amma alimlər bu təsirin elmi sübutlarla təsdiqlənmədiyini bildirib.
Bundan əlavə, fastfud qidaların tərkibində miqrenə təsir edən tiramin maddəsi də ola bilər.
Tam oxu
Xəbəri oxu