Icma.az
close
up
RU
Miqren sadə baş ağrısı deyil, nevroloji kabusdur

Miqren sadə baş ağrısı deyil, nevroloji kabusdur

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəstəliyin sirləri açılmayıb, elm bu ağrını hələ də tam başa düşə bilmir


Tiktoku bürüyən təhlükəli "McMigraine" reseptindən uzaq durun, təhlükə saçır


Böyük Britaniyada 10 milyondan çox insanın əziyyət çəkdiyi miqren xəstəliyinə qarşı sosial şəbəkələrdə yeni "McMigraine" adlı üsul viral hal alıb. İddialara görə, qazlı kola və duzlu kartof qızartması miqren tutmalarını yüngülləşdir. Tiktokda yüzlərlə istifadəçi bu kombinasiyanın faydasını gördüyünü bildirib. Ancaq mütəxəssislər bu üsula ehtiyatla yanaşmağı tövsiyə edir. "Migraine Trust" fondunun nümayəndəsi, həkim Key Kennis bildirib ki, koladakı kofein bəzən sinir sisteminə müsbət təsir göstərərək miqreni azalda bilər, lakin bu təsir hər kəsdə eyni olmur. 

Üstəlik, kofeinin həddindən artıq istifadəsi miqreni daha da şiddətləndirə bilər. Bəzi insanlar isə kartof qızartmasındakı duzun kömək etdiyini iddia edir, amma alimlər bu təsirin elmi sübutlarla təsdiqlənmədiyini bildirib. Bundan əlavə, fastfud qidaların tərkibində miqrenə təsir edən tiramin maddəsi də ola bilər. Nəticə olaraq, bu “McMigraine” üsulu bəzi insanlara müvəqqəti rahatlıq versə də, onu müalicə kimi qəbul etmək risklidir. Həkimlər miqrenin ciddi nevroloji xəstəlik olduğunu vurğulayaraq, hər hansı qeyri-adi üsulu sınamadan əvvəl tibbi məsləhət alınmasını tövsiyə edir. Mütəxəssislər ciddi şəkildə xəbərdarlıq edir ki, baş ağrısını (bunun miqren olub-olmadığını bilmədən də) dəf etmək üçün hansısa üsullardan istifadə etmək geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Bəzi vasitələr ağrını müvəqqəti azaldır, əslində, ağrını keyləşdirir. Ağrının mənbəyi, səbəbləri isə qalmaqda davam edir. "Miqren" sözü fransız mənşəli olub, yunan dilində "başın yarısı" mənasını verən hemikraniya sözündən götürülüb. Niyə başın yarısı, çünki miqren çox nadir hallarda başın hər iki hissəsində görülür, bu ağrı adətən başın bir hissəsində özünü göstərir. Tibb mütəxəssisləri bildirir ki, miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. Beynəlxalq Baş Ağrısı Dərnəyi baş ağrılarını 14 əsas qrupa və yüzlərlə alt qrupa ayırıb. Birbaşa baş ağrısı ilə ortaya çıxan və başqa bir xəstəliklə əlaqəli olmayan baş ağrıları birincili baş ağrısıdır. Bunlar miqren, gərginlik tipi və çoxluq baş ağrısıdır. İkincili baş ağrıları yüzdə 10 nisbətində görülən və müəyyən bir xəstəlikdən asılı olaraq beyin damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, beyin şişləri, göz xəstəlikləri, sinüzit, menengit kimi xəstəliklər zamanı ortaya çıxan baş ağrısıdır. Miqrenin əlamətlərinə gəlincə, bunlar; Ağrının başın bir tərəfində olması, orta və ya şiddətli forması, ürək bulanması, qusma, ağrının 4 -72 saat davam etməsi, görmə pozğunluqları (aura tipli), baş hərəkətləri, fiziki fəaliyyət zamanı ağrının artması, işıq və səsdən narahatlıqdır. Miqren ağrısı çəkən insan qaranlıq otaqda, tək qalmağa çalışır. Mütəxəssislər bildirir ki, miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb. Onu qeyd etmək lazımdır ki, ətraf mühit faktorları genetik meyilli şəxslərdə beyində aktivasiya yaradır. Bu aktivasiya beyin damarlarında genişlənməyə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar əsəbləri hərəkətə gətirir və ağrıya səbəb olur. Araşdırmalar nəticəsində sübut olunub ki, ətraf mühitlə yanaşı miqrenin əsas yaranma səbəblərinin başında genetik faktorlar dayanır. Əgər bir ailədə fərdlərin birində miqren varsa, sizdə bu xəstəliyin görülmə riski 40 faizdir. Ancaq anası və atası miqren olan bir insanda isə bu xəstəliyin görülmə nisbəti 75 faizə qədər qalxır. Belə ağrıların digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb daha çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Bu zaman təktərəfli şəkildə güclü ağrılar baş verir. Bütün miqrenlərin əksəriyyətində xəstəlik uşaqlıqdan başlayır. Yuxu pozğunluğu, yuxu çətinliyi, əsassız qusma, allergiya və hərəkət xəstəliyi olan uşaqlarda gələcəkdə xəstəliyin yaranma ehtimalı daha yüksəkdir. Havanın çirkliliyi, siqaret tüstüsü, parlaq işıq və ya titrəyən işıq, yüksək və davamlı səs, ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr, hava şəraitindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi), mövsümi dəyişikliklər, aclıq, yeməkdən imtina etmək, çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar, doğuşa nəzarət həbləri, qadınlarda hormonal dəyişikliklər, bəzi qidalar və içkilər (şokolad, qoz-fındıq, qırmızı şərab və s.) miqreni sürətləndirən amillər hesab edilir. Miqrendən xilas olmaq istəyənlər  təsiredici faktorları azaltmaq, sinir sistemindəki həssaslığı və ağrı zamanı meydana gələn damar və damar ətrafındakı vəziyyəti yatırmaqdır. Əsas müalicə profilaktik və relaps müalicəsi olaraq ikiyə ayrılır. Xəstənin ağrısı ayda bir və ya iki dəfə görülürsə, müalicə yalnız kəskin ağrılar zamanı tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri