GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatlarının guya Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməsini manipulyasiya adlandırıb.
Globalinfo.az xəbər verir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan parlamentdə keçirilən “hökumət saatı” zamanı bu iddialara münasibət bildirməyi Mirzoyandan xahiş edib.
Nazirin sözlərinə görə, bu cür yanaşmanı başqa cür adlandırmaq mümkün deyil: “Bu, açıq-aşkar manipulyasiyadır.
Təəssüf ki, bu cür manipulyasiyalar artıq gündəlik siyasi həyatın bir hissəsinə çevrilib.
Güman edirəm ki, bu cür iddialar daha uzun müddət səsləndiriləcək”.
Mirzoyan qeyd edib ki, Kallasın açıqlamaları Ermənistanında demokratik proseslərə və seçkilərə dəstəyin ifadəsidir və bunu yalnız müsbət qiymətləndirmək olar.
Türkiyənin mövqeyinə gəldikdə isə, Ankara baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda sülh prosesindəki rolunu və Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsinə verdiyi töhfəni dəstəkləyir.