Mirzoyan Fidan və Kallasla bağlı bu iddianı rədd etdi: Elə bir şey yoxdur
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatlarının guya Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməsini manipulyasiya adlandırıb.
Globalinfo.az xəbər verir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan parlamentdə keçirilən “hökumət saatı” zamanı bu iddialara münasibət bildirməyi Mirzoyandan xahiş edib.
Nazirin sözlərinə görə, bu cür yanaşmanı başqa cür adlandırmaq mümkün deyil:
“Bu, açıq-aşkar manipulyasiyadır. Təəssüf ki, bu cür manipulyasiyalar artıq gündəlik siyasi həyatın bir hissəsinə çevrilib. Güman edirəm ki, bu cür iddialar daha uzun müddət səsləndiriləcək”.
Mirzoyan qeyd edib ki, Kallasın açıqlamaları Ermənistanında demokratik proseslərə və seçkilərə dəstəyin ifadəsidir və bunu yalnız müsbət qiymətləndirmək olar. Türkiyənin mövqeyinə gəldikdə isə, Ankara baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda sülh prosesindəki rolunu və Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsinə verdiyi töhfəni dəstəkləyir.
“Əslində bu, Türkiyənin sülh prosesinə dair mövqeyidir. Bunu həm Ermənistana, həm də Azərbaycana eyni xətt üzrə irəliləmək çağırışı kimi də dəyərləndirə bilərsiniz,” – deyə XİN rəhbəri vurğulayıb.
Nazir əlavə edib ki, istənilən halda bu bəyanatlarda Ermənistanın daxili işlərinə müdaxilə cəhdini görmək mümkün deyil.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















