Mirzoyan: Qaz və neft kəmərləri Sünikdən kənarda çəkilə bilər

21.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik vilayətindən kənarda çəkilə biləcəyini istisna etməyib.

Gununsesi.info  xəbər verir ki, Mirzoyan bu barədə parlamentin Xarici əlaqələr komissiyasında TRIPP layihəsi üzrə müqavilə layihəsini təqdim edərkən danışıb.

Nazir bildirib ki, gələcək dəmir yolu xətti boyunca boru kəmərlərinin necə çəkiləcəyini təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dardır və burada yer məhduddur.

Mirzoyan qeyd edib ki, cənub hissəsindən dəmir yolu və elektrik xətləri, sovet dövründə olduğu kimi, keçirilə bilər. Qaz və neft kəmərlərinin isə Ermənistan ərazisinin digər hissələrindən çəkilməsi mümkündür.

Nazir əlavə edib ki, infrastrukturun keçəcəyi konkret ərazi hələ müəyyənləşdirilməyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью